Yuxarı

Ərdoğanı Sovetlər kimi batırmaq planı… - Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəribə təsadüfdür. Rusiyada 18 mart seçkiləri günündə çoxlarının açıq-gizli cəbhələrdən dəstək verdiyi PKK, YPG və PYD terror birləşmələrini yenən türk ordusu qarşısına qoyduğu məqsədə nail olaraq, şanlı ay-ulduzlu bayrağını yüksək qala divarlarına sancmağı bacardı.

Axar.az xəbər verir ki, bu sözləri türk ordusunun Afrin zəfərini şərh edən millət vəkili Zahid Oruc deyib. Millət vəkili bildirib ki, əməliyyatın 58-ci günündə yaxın sərhədlərində separatizm ocağına qarşı qəti qərar alan Ərdoğan yanvarın 19-da hər iki cəbhədə müharibəyə girdiyinin fərqindəydi:

“Birincisi, Birləşmiş Ştatların açıq-aşkar İŞİD əleyhinə döyüşdürüb, sonra vuruşan ordu halına gətirdiyi kürd yaraqlıları ilə savaşan Türkiyəni yenidən böyük bir bataqlığa çəkməliydilər. Plan bundan ibarət idi. Təxminən Sovetləri batırdıqları Hindiquş dağlarının ətəyində olduğu kimi. İkincisi, hər bir uğursuzluq təkcə Suriyanı bölüb yağmalayan dövlətlərin qarşısında Ankaranı zəiflətmirdi, eləcə də AKP liderinin bir il sonrakı seçkilərinə öldürücü zərbə vura bilərdi. Bir rus misalında deyildiyi, Ərdoğan hansı suya ayaqlarını basdığını yaxşı başa düşürdü. İndi Türkiyə ordusu mənsub olduğu dövlətin regional gücünə böyük töhfələr verdi. Biz məhv edilən terroçuları və dağıdılan istehkamları saymaq istəmirik. Əməliyyatın ən böyük nəticəsi məhz siyasi və təhlükəsizlik baxımından misilsizdir”.

Millət vəkili vurğulayıb ki, Ərdoğan Rusiyanın yeni prezidentini qələbə münasibətilə təbrik edəndən sonra Moskvadan eyni atəşfəşanlığı öz ünvanına gözləyəcək:

“Çünki Rusiya və Türkiyə hərbi müttəfiqliyi təkcə Suriyanın gələcəyi üçün deyil, bütövlükdə regional geopolitikanın əsas məhək daşına çevrilməlidir. Bizsə, şanlı türk ordusunun qalibiyyətini həm də Azərbaycanın uğuru kimi qəbul edə bilərik. Çünki qərar verilincə onu ilk müdafiə edən bizlər olduq. Məhmədciklərin hava hücumu, artilleriya qüvvələrini çox çətin relyefdə necə uğurla hərəkət etdirmələri, yerli xalqın dəstəyini qazanmaq üçün həyata keçirilən humanitar missiyalar həqiqətən də hərb sənətinin unudulmaz səlnamələridir və bizlər üçün örnəkdir”.

Z.Oruc qeyd edib ki, Azərbaycan Ordusu üçün Afrin əməliyyatı əyani dərslikdir, təkcə mənəvi fəxarət ünvanı deyil, həm də türk igidləri ilə birgə qarşıdakı zamanda hər sətri öyrəniləcək döyüş tarixidir:

“Nədənsə, Afrin mərkəzi adama Cıdır düzünü xatırladır. Şəhidlərin ruhunu anmaq üçün əsgərlərin ifadə etdiyi əzəmətli raporu yaylım atəşi altında dinləmək hər kəsi qürurlandırır, güc və qüvvət verir. Azərbaycan Afrin uğurunu işğal altında olan hər bir evi, kəndi, qəsəbəsi üçün təkrarlamağı bacarmalıdır. Müasir dövrün müharibələri klassik savaşlardan çox fərqlidir. Ona görə də Türkiyə dövlətini təbrik edərkən hər kəsin beyni və ürəyi Cıdır düzünə doğru yol almalıdır. “Bir millət, bir ordu” olana qədər…Çanaqqaladan Cıdır düzünə çatanadək!”

Qeyd edək ki, ötən gün səhər saatlarında türk ordusu Afrin şəhərini terrorçulardan təmizləyib.

Tarix
2018.03.19 / 10:33
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla