Yuxarı

“Etik Kodeks” - QHT-lər siyasətdən uzaqlaşdırılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yeni təklif QHT-lərlə siyasi partiyalar arasındakı fəaliyyət sahəsinə kəskin sərhəd qoyaraq indiyədək yaşanan qarışıqlığı aradan qaldıracaq".

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, millət vəkili Azay Quliyev deyib.

O bu yaxınlarda QHT-lərin siyasiləşməsinin qarşısnın alınması ilə bağlı vətəndaş cəmiyyətinin nümayəndələrinin birgə iştirakı ilə çox vacib bir görüş keçirildiyini bildirdi:

"Görüşdə "Etik Kodeks" təklifi bizim tərəfdən irəli sürüldü. Mən bu təklifə öz razılığımı və dəstəyimi şərtsiz irəli sürdüm. Çünki QHT-lərin bu gün Azərbaycanda siyasi hakimiyyət yolundakı fəaliyyəti yolverilməzdir. Bu təklif QHT-lərin siyasiləşməsinin qarşısının alınmasında böyük rol oynayacaq. QHT-lərin fəlsəfəsi missiyası tamamilə başqadır. Bu gün çox təəssüflər olsun ki, bu təşkilatların çoxu siyasi partiyaların "davamçısı" kimi fəaliyyət göstərərək, onların dəstəkçisi kimi çıxış edirlər. Bu, qətiyyən yolverilməzdir. Bu cür fəaliyyət QHT-lərlə siyasi partiyaların işini bir-birinə qarışdıraraq cəmiyyətdə yanlış mövqe formalaşmasına yol açır. Görüşdə təklif olunan və ən çox bəyənilən təklif "Etik kodeks"in qəbul olunması idi. Çox mühüm təklif olan bu yeni kodeks qeyri-hökumət təşkilatları ilə siyasi partiyaların fəaliyyət sahəsi arasında kəskin sərhəd qoyacaq".

Azay Quliyevin fikrincə, mühüm təşəbbüs olaraq dəyərləndirilən "Etik kodeks"in qəbul olunması könüllü şəkildə həyata keçiriləcək:

"Hesab edirəm ki, mandatına, nizamnaməsinə sədaqətli olan, Azərbaycan qanunlarına hörmət edən, bütövlükdə "şəffaflıq və aşkarlıq" prinsipinə əməl edən bütün təşkilatlar bu kodeksə qoşulacaqlar. Hansı təşkilat ki yaranması, fəaliyyət prinsipi tamamilə başqa məqsədləri güdür, yalnız onlar bu layihədən kənarda qala bilərlər.

Tarix
2014.08.14 / 20:04
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla