Yuxarı

Komitə ləğv edildi: səlahiyyətləri bölüşdürüldü - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə Əqli Mülkiyyət Agentliyinə verilib. Yeni qərar bu sahədəki idarəçiliyi daha da təkmilləşdirməq məqsədi daşıyır.

Axar.az Xəzər xəbər-ə istinadla bildirir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilərək, səlahiyyətlərinin dövlət agentlikləri arasında bölüşdürülməsi struktur islahatlarının davamıdır. Prezidentin sərəncamını şərh edən milət vəkili Zahid Orucun sözlərinə görə, bu qərar sözügedən sahənin daha peşəkar şəkildə tənzimlənməsinə gətirib çıxaracaq.

Millət vəkili Zahid Oruc deyir ki, dövlət başçısının bu qərarı əslində bir çağırışdır. O bildirib ki, yeni qərarlar ölkədən kənara investisiya yatırmaq istəyənləri fikirlərindən daşındırmaq niyyəti güdür.

Zahid Orucun sözlərinə görə, yeni qərarların hansı faydalar verəcəyini çox da gözləmək lazım gəlməyəcək. Çünki yeni idarəçilik forması inkişaf etmiş Qərb ölkələrdə də uğurla tətbiq edilir.

Tarix
2018.04.22 / 00:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla