Yuxarı

AŞPA-da Şuşa ilə bağlı etiraz: Qəbul edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:57

AŞPA-nın yaz sessiyasında polşalı parlamentari Killyon Munyamanın məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları ilə bağlı hazırladığı qətnamə layihəsi müzakirə olunub. Qətnamə layihəsində Avropa məkanında öz doğma ölkələrində silahlı münaqişə və şiddət nəticəsində dörd milyon insanın məcburi köçkün vəziyyətində olduğu qeyd edilib.

Axar.az xəbər verir ki, qətnamə layihəsinin 6-cı maddəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs olunur. Layihədə Azərbaycanın məcburi köçkünlərin rifahının yaxşılaşdırılması istiqamətində gördüyü işlər alqışlanır. Bildirilir ki, Dağlıq Qarabağ və onun ətrafında olan rayonlarda müharibə zamanı itkin düşmüş insanlarla bağlı tibbi ekspertiza işləri Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində davam edir.

Qeyd edilir ki, məcburi köçkünlərin humanitar ehtiyaclarına və hüquqlarına prioritet verilməli, Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarları tam şəkildə və dərhal tətbiq edilməlidir.

***

AŞPA-nın yaz sessiyasında polşalı parlamentari Killyon Munyamanın hazırladığı “Avropada öz ölkələrində məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamə layihəsi müzakirə olunarkən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov layihədə Dağlıq Qarabağla bağlı maddənin bəzi bəndlərinə etirazını bildirib.

Onun tələbi ilə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsi AŞPA-nın layihəsinə daxil edilib. Eyni zamanda, nümayəndə heyətimizin rəhbəri layihədə Azərbaycanın Şuşa şəhərinin adının yazılışına etiraz edərək bununla bağlı tələb irəli sürüb, həmçinin Dağlıq Qarabağ ərazilərinin qeyri-rəsmi təşkilatlar tərəfindən minalardan təmizlənməsi məsələsinə etirazını bildirib. Azərbaycan nümayəndə heyəti rəhbərinin bütün tələbləri yerinə yetirilib, layihəyə dəyişikliklər edilib.

Tarix
2018.04.25 / 21:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

NATO tankları Moskvanın mərkəzində - Foto

Türkiyə bu ölkə ilə ticarəti kəsdi: milyardlardan imtina etdi

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla