Yuxarı

Səfir: “Yezidi kürdləri Qarabağa getməməyə çağırırıq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi həllini tapmayınca, İraq Respublikası öz vətəndaşlarının işğal altında olan ərazilərə getməsinin əleyhinədir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq İraqın Azərbaycandakı səfirliyindən bildirilib.

Ermənistanın işğalçı qüvvələri tərəfindən yaradılmış separatçı rejimin İraq vətəndaşı olan yezidi kürdləri Dağlıq Qarabağa dəvət etməsi faktına münasibət bildirən səfirlik bəyan edib ki, rəsmi Bağdad Azərbaycanın ərazi bütövlüyünü tanıyır: "Azərbaycanın ərazi bütövlüyü dövlətimiz tərəfindən tanınıb və bu barədə BMT-nin qətnamələri də var. Beynəlxalq hüquqa görə, biz başqa dövlətin ərazi bütövlüyünə hörmət göstərməliyik. Rəsmi Bakının icazəsi olmadan Azərbaycan ərazilərinə edilmiş hər hansı səfər və ya digər münasibətlər qanunsuzdur. Biz vətəndaşlarımızı, o cümlədən yezidi kürdləri bu münaqişədən və münaqişə bölgəsindən kənarda qalmağa çağırırıq".

Səfirlikdən əlavə ediblər ki, hazırda İraqın şimalında vəziyyət yaxşılaşmaqdadır və ABŞ-ın dəstəyi ilə "İslam Dövləti" qruplaşmasının dəstələri dinc əhalinin yaşadığı məntəqələrdən sıxışdırılıb çıxarılır: "Müxtəlif ölkələrdən sığınacaq vəd edilə bilər, amma vəziyyət yaxşılaşmağa doğru gedir və tezliklə İraq vətəndaşlarının təhlükəsizliyi bərpa olunacaq".

Tarix
2014.08.20 / 14:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla