Yuxarı

İsrail xəfiyyəsi: “Tehran Bakıya hücum edər, əgər...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hazırda Rusiya süqutdan çox uzaqdır".

Bu sözləri Axar.az-a açıqlamasında İsrailin NATİV xüsusi xidmət orqanının keçmiş rəhbəri, eks-diplomat, siyasi ekspert Yakov Kedmi deyib. O, hazırda Bakı üçün İran təhlükəsinin az olduğunu bildirib:

"Hazırda Rusiya süqutdan çox uzaqdır. Onun çökməsi üçün əla şans və böhran 90-cı illərin əvvəllərində mövcud idi. Qafqazda konfliktlərə gəlincə isə bunu yalnız qarşılıqlı razılıq əsasında həll etmək mümkündür. Amma bu, çox uzun prosesdir. Onun bir sammitdən asılı olacağını söyləmək çox çətindir. Ölkənin cənubunda İran təsirləri Bakıya qarşı artır. İran Azərbaycana Rusiya və Türkiyənin buna göz yumacağına əmin olmamış hücum etməz. İsrail bu məsələdə də Azərbaycana yardım etməyə hazırdır. Tel-Əviv, ümumiyyətlə, Bakının təhlükəsizliyi üçün istənilən texniki və digər yardımları Azərbaycanın gərəyi olduğu müddət ərzində ona göstərməyə hazırdır".

Qeyd edək ki, NATİV xüsusi xidmət orqanı İsrailin ilk prezidenti David Ben-Qurion tərəfindən yaradılıb. Təşkilatın əsas məqsədi SSRİ və Şərqi Avropada yəhudilərlə əlaqə saxlamaq, onların İsrailə köçünü təmin etmək, SSRİ rəhbərliyinə təsir etməklə onların tarixi torpaqlarına gəlməsinə şərait yaratmaqdan ibarətdir. Bu təşkilat həmçinin bir sıra gizli əməliyyatların SSRİ ərazisində keçirilməsinə nail olub. NATİV hazırda sırf SSRİ zamanındakı fəaliyyətini itirib. Təşkilat xüsusi xidmət orqanı funksiyasından çıxıb. Hazırda onun vasitəçiliyi ilə MDB ölkələrində İsrail diasporları fəaliyyət göstərir. İndiki zamanda NATİV tam adına uyğun şəkildə işini davam etdirir.

Tarix
2014.09.23 / 11:59
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla