Yuxarı

Putinin Nikolla görüşdən dərhal sonra Bakıya hədiyyəsi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əslində, Fəxrəddin Abbasov və onun kimilər hər zaman oyuncaq olublar. Yəni Azərbaycanda hansısa etnik qrupun Azərbaycan dövlətinə qarşı getməsi nə mümkündür, nə də inandırıcı. Çünki ölkəmizin tolerantlıqla bağlı böyük ənənəsi var və bizdə heç bir milli kompleks yoxdur. Bu kimi qondarma, saxta iddialardan isə dövlətimizə qarşı hər zaman düşmən güclər istifadə edib.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Məhəmməd Ərsoy Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Fəxrəddin Abbasovun (Aboszadə) ötən gün Rusiyada həbs olunması haqda danışarkən deyib. O bildirib ki, F.Abbasovun bu ərəfədə həbsi və Azərbaycana ekstradisiyası üçün hazırlıqların aparılması təsadüfü deyil:

“Bu hadisəni İlham Əliyevlə Putin arasında Soçi, Paşinyanla Putin arasında Moskva görüşü və Putinin Azərbaycana gözlənilən səfəri çərçivəsində dəyərləndirmək lazımdır. Məlumdur ki, Fəxrəddin Abbasov Ermənistan xüsusi xidmət orqanlarının agenti idi. Onu hər zaman həbs etmək olardı. Amma Rusiya bu qərarı indiki ərəfədə verdi. Burada Əliyev-Putin görüşünün effekti fonunda Paşinyanın Moskva səfərinə Rusiyanın üstüörtülü mesajı və Azərbaycana jesti kimi incə bir məqamı yaddan çıxarmaq olmaz”.

M.Ərsoy bildirib ki, M.Abbasovun Azərbaycana təhvil verilib-verilməyəcəyini zaman göstərəcək:

“Ancaq yayılan xəbərlərdə qeyd olunur ki, Azərbaycana ekstradisiya olunması üçün hüquqi addımlar atılır. Amma bu baş verməyə də bilər. Bütün hallarda isə mən bu həbsin özünü Kremlin İrəvana xəbərdarlığı, Bakıya jesti kimi dəyərləndirirəm”.

Tarix
2018.09.11 / 14:55
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla