Yuxarı

Lotu Quli həbs edildi: Bakıya göndərilir... - Detallar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

22:21

İstanbulda gerçəkləşdirilən əməliyyatda Lotu Quli (Nadir Səlifov) həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyyət” məlumat yayıb.

Lotu Quli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin İstanbulda təşkil etdiyi əməliyyat nəticəsində saxlanılıb. O, İstanbulun Vətən məhəlləsində nəzarət altına alınıb və ifadəsi alınması üçün polis idarəsinə gətirilib.

***

Səlifovun telekonfransla Rusiyadakı iş adamlarından xərac aldığı iddia edilib.

Rembler.ru saytının yaydığı məlumata görə isə Türkiyədəki qanuni oğru Rusiyadan xərac toplayır. Onun Rusiyanın Kalujsk bölgəsində topdan satışla məşğul olan iş adamlarından xərac aldığı iddia edilib. Səlifovun iş adamlarından telekonfransla xərac topladığı bildirilib.

Türkiyə mediası bildirir ki, Lotu Quli Rövşən Lənkəranskinin (Caniyev) iki il öncə İstanbulda öldürülməsindən sonra gündəmə gəlib. Rövşən Lənkəranskinin öldürülməsindən sonra o, rəqibinin nəzarətindəki əraziləri ələ keçirib.

***

Türkiyə mediası Lotu Qulinin dindirildikdən sonra Azərbaycana göndəriləcəyi barədə xəbər yayıb.

Qeyd edək ki, Nadir Səlifov Azərbaycan vətəndaşı deyil, Gürcüstan vətəndaşıdır və onun niyə Azərbaycana göndəriləcəyi barədə ətraflı bilgi yoxdur.

Tarix
2018.10.08 / 23:28
Müəllif
Axar.az
Digər xəbərlər

Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Video

Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiya keçdi

İrəvan niyə MQ-ni saxlamaqda israr edir? - Bayramov

Bayramov Çavuşoğlunun yasına getdi - Foto

İndi hər şey İrəvanın addımından asılıdır - Bayramov

ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi

İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya...

Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi

AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla