Yuxarı

Erməni nasistinin bu şəhərlərdə heykəli var - Kuznetsov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni diasporu tərəfindən Njdenin qəhrəman kimi tanınması və onun açıq nasizm ideologiyasının əbədiləşdirilməsi, ona heykəl və digər abidələrin qoyulması tək Ermənistanda deyil, həm də Rusiyanın Armavir və Bolqarıstanın Pliska şəhərlərində qeydə alınıb.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı tarixçi, analitik və qafqazşünas Oleq Kuznetsov bu gün “Ermənistan: nasizmin icazə verildiyi ölkə” adlı mətbuat konfransının üçüncü sessiyasında çıxışı zamanı deyib.

Tarixçinin sözlərinə görə, hətta Bolqarıstanda qoyulan abidədə Njde 1912-ci il Birinci Balkan müharibəsi qəhrəmanı kimi təqdim edilir:

“Bu ona görə mümkün olub ki, sözügedən xalqlar və dövlətlər Njdenin nasist fəaliyyəti haqda məlumatsızdır. Adolf Hitler, Herman Gerinq və onlar kimi bir çox Üçüncü Reyxin nümayəndələri Birinci Dünya Müharibəsinin qəhrəmanları idi. Lakin bu onların İkinci Dünya müharibəsinin cinayətkarları kimi Nürnberq Məhkəməsində mühakimə olunmalarının qarşısını almadı".

Tarixçinin sözlərinə görə, Njde 1940-cı ilin martında Reyx Təhlükəsizliyinin Baş İdarəsinin nümayəndəsinin müraciət etdiyi Avropanın erməni diasporunun ilk nümayəndəsidir:

“O, həm öz, həm də “Rasistlər” təşkilatının adından bu təklifi nəinki böyük bir sevinclə qəbul edib, həm də Daşnaksütyun Partiyasına tövsiyə məktubları yazıb”.

Tarix
2018.10.18 / 18:38
Müəllif
Rəfiqə Əlisafa
Şərhlər
Digər xəbərlər

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla