Yuxarı

Şeyx fələstinli nazirlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şeyx fələstinli nazirlə görüşdü - Foto

Oktyabrın 15-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında ölkəmizə rəsmi səfərə gələn Fələstin Dövlətinin Xarici İşlər naziri Riyad əl-Malikini qəbul edib.

Axar.az-a QMİ-dən daxil olan məlumata əsasən, qonağı səmimi salamlayan Şeyxülislam həzrətləri Riyad əl-Malikinin səfərini mühüm hadisə hesab edib.

QMİ sədri Azərbaycanla Fələstin arasında dostluq əlaqələrinin tarixi köklərə əsaslandığını, son illərdə bu sahədə çox mühüm addımlar atıldığını deyib. Allahşükür Paşazadə bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarda hər zaman Fələstin Dövlətinin haqq işini müdafiə edib və bu mənəvi dəstək bundan sonra da davam edəcək. Şeyxülislam həzrətləri ölkəmizin ərazi bütövlüyü məsələsində Fələstinin tutduğu mövqeyi yüksək qiymətləndirib. QMİ sədri səmimi salamlarını Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas cənablarına və bütün Fələstin xalqına çatdırmağı qonaqdan xahiş edib.

Səmimi qarşılanmaya görə minnətdarlıq edən Fələstin Dövlətinin Xarici İşlər naziri Riyad əl-Maliki qardaş ölkədə olmaqdan məmnunluq duyduğunu bildirib. Nazir deyib ki, Azərbaycan Fələstinə həm humanitar yardım göstərir, həm də ölkəsini beynəlxalq təşkilatlarda daim müdafiə edir. Fələstin Dövlətinin XİN rəhbəri əlavə edib ki, hər iki dost ölkə müxtəlif sahələr üzrə əməkdaşlığa böyük önəm verir və bu münasibətlər durmadan inkişaf etməkdədir. Riyad əl-Maliki Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan və Fələstin xalqları arasında münasibətlərin inkişafındakı xidmətlərinin ölkəsində yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. O, Prezident Mahmud Abbasın adından Şeyxülislam həzrətlərini Fələstinə səfərə dəvət edib və bu dəvəti çatdırmaqdan məmnunluq duyduğunu deyib.

Şeyxülislam Allahşükür Paşazadə Riyad əl-Malikiyə xatirə hədiyyəsi təqdim edib. Qəbul qonağın şərəfinə verilən ziyafətlə başa çatıb.

Milli Məclisin üzvləri Cavanşir Paşazadə, Madər Musayev, Qalib Salahzadə, Eldar İbrahimov, Hüseynbala Mirələmov, Hadı Rəcəbli, Çingiz Qənizadə, QMİ sədrinin müavinləri - Hacı Sabir Həsənli, Hacı Fuad Nurullah, QMİ Aparat rəhbəri Simran Həsənov və Fələstin Dövlətinin ölkəmizdəki səfiri Nasir Əbdül Kərim mərasimdə iştirak ediblər.

Tarix
2014.10.16 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla