Yuxarı

Qarabağ klanı siyasi səhnədən silindi: küçə mübarizəsi başlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda seçkilərə olan münasibətin yekun nəticəsi göstərdi ki, siyasi mübarizədə hələ cəmiyyətin bütün çəkisi iştirak etmir.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Ermənistanda yayılan rəsmi məlumatlar seçkilərin kifayət qədər ciddi qanun pozuntuları ilə keçirildiyini təsdiqləyir:

“Amma nəticə ortalıqdadır. Paşinyanın bloku parlamentdə 3-də 2 səs çoxluğunu əldə edib. Bu da onun qərar qəbul etməsi üçün hər hansı bir maneə yaratmayacaq”.

Analitik qeyd edib ki, parlamentə düşən bir blok və iki partiya arasında Qarabağ klanını təmsil edən hər hansı siyasi qüvvə yoxdur:

“Qarabağ klanı son dövr ərzində ilk dəfədir ki, bütövlükdə Ermənistan parlamentindən, idarəçiliyindən kənarda saxlanılır. Bu da faktiki olaraq gözlənilən idi. İndiki şəraitdə ola bilsin ki, Qarabağ klanı ilə Ermənistanın indiki rəhbərliyi arasındakı ziddiyyətlər daha da dərinləşsin və kəskin müstəviyə keçsin. Çünki onlar artıq siyasi müstəvidə mübarizə aparmaq imkanlarını əldən veriblər. Ola bilər ki, bu, artıq küçə və meydanlar müstəvisində həyata keçirilsin”.

Analitik vurğulayıb ki, Paşinyan bu günə qədər Ermənistanın daxili problemlərini, eyni zamanda, xarici siyasətdə mövcud olan ziddiyyətlərlə bağlı məsuliyyəti keçmiş hakimiyyətin üzərinə qoyurdu:

“İndiki şəraitdə onun bu şansı yoxdur. Yəni məsuliyyəti kiminsə üzərinə atmaq mümkün olmayacaq. Bu baxımdan da həm daxili siyasətdəki məsələlərlə, həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi qərarlar qəbul etmək üçün məsuliyyəti öz üzərinə götürməlidir”.

Qeyd edək ki, dünən Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkinin nəticəsinə görə, Mənim Addımım Bloku, Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları parlamentdə təmsil olunmaq imkanı qazanıb.

Tarix
2018.12.10 / 12:06
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla