Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 İyun 2018


Bakı Kreml üçün son cəbhədir – Şok iddia

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qərb üç Cənubi Qafqaz respublikasını Rusiyanın caynağından qurtarmağa çalışır".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib.

O, Qarabağın həlli istiqamətində ciddi rəqabətin yarandığını bildirib:

"Hazırda Qarabağ məsələsi ilə bağlı sövdələşmələr gedir. Bu, həm Qərb ölkələri ilə, həm də Rusiyanın özü ilə aparılır. Bu günlərdə ABŞ-ın Azərbaycandakı Müvəqqəti İşlər vəkili bəyan etdi ki, Dağlıq Qarabağ konfliktinin həllində Amerikanın maraqları var. Buna görə də Qarabağ Vaşinqtonun iştirakı olmadan həll edilə bilməz. Görünür, Qarabağın nizama salınması ilə bağlı yarışma başlayıb. Bu məsələnin həll edilməsində həm Minsk Qrupu həmsədri olan, həm də bölgəyə təsir edə biləcək qonşu dövlətlərin mübarizəsi gedir. İran Minsk Qrupunun buraxılmasını və yenidən qonşu ölkələrin iştirakı ilə Qarabağın həll edilməsinə yardımçı olacaq vasitəçilər qrupunun yaradılmasını istəyir. Tehran həm də açıq surətdə bəyan edir ki, xristianların daxil olduğu qrup əslində xristian-müsəlman davası xarakteri almış bir məsələyə münsiflik edə bilməz. Burada mütləq müsəlmanların iştirakı da vacibdir. Tehran bu məsələ də Türkiyənin də töhfə verə biləcəyini söyləyir. Amma təşəbbüsü öncədən ələ almış ölkələr bunu qulaq ardına vurur. Məsələ burasındadır ki, həmin ölkələrin də arasında ciddi rəqabət var. Bu, öncə Rusiya ilə ABŞ arasında olan rəqabətdir".

Politoloq Ermənistanda müxalifəti məhz Kremlin fəallaşdırdığını deyib:

"Moskva bütün vasitələrlə Qarabağ konfliktində öz inhisarçı mövqeyini qoruyub saxlamağa çalışır. Rusiyanın bu məsələdə güvənc yeri Ermənistanın onun tabeliyində olmasıdır. Sərkisyan Rusiyaya həm Qarabağ ətrafında olan məsələlərlə bağlı hesabat verməyə, həm də ölkədə kükrəyib qalxan müəyyən məsələlərlə bağlı müzakirələr aparmağa gedir. Bəzi mənbələr iddia edirlər ki, Ermənistan müxalifətinin ayağa qalxması və Sərkisyanı devirməyə cəhd etməsi Moskvanın vasitəçiliyi ilə həyata keçirilir. Hazırda Rusiyanın Sərkisyandan imtina etməsi nəzərə çarpmır. Eyni zamanda Sərkisyanın həddini aşmaması üçün Kreml müxalifəti də aktivləşdirir. Paris görüşü, ondan sonra olacaq Nyu York görüşünün nəticəsiz bitməsinin səbəbkarı məhz Rusiyadır. Kreml bununla mesaj verir ki, hər şey onun əlindədir və o nəyi istəsə onu da edəcək".

Q.Hüseynli Qərbin Cənubi Qafqaz respublikalarını Rusiyanın caynağından qurtarmaq üçün çalışdığını söyləyib:

"Qərb anlayır ki, burada Rusiya ilə hesablaşmaq onun digər bölgələrdə olduğu kimi Qafqazda da məğlubiyyətinin başlanğıcını qoyacaq. Ona görə də Qərb kifayət qədər fəallaşıb. Bu rəqabət Azərbaycan üçün xeyirlidir. Bunun nəticəsində Azərbaycan öz mövqelərini şərh etmək üçün geniş imkanlar qazanır. Məsələn, dünənə qədər yeddi rayon məsələsi çətin amil idi. Ermənilər xüsusilə Kəlbəcər və bir neçə bölgəni qaytarmayacaqlarını deyirdilər. Artıq bu fikirlər səngiməyə başlayıb. Bununla bağlı Qərbin də təzyiqləri güclənir. Rusiya da əvvəl bununla bağlı vəd versə də, ona əməl etmədi. Qərb Cənubi Qafqaza təsir etməkdədir və onun ilk işartıları artıq Gürcüstanda özünü göstərir. Bu, tezliklə başqa regionlara da öz təsirini göstərəcək. Qərb üç Cənubi Qafqaz respublikasını Rusiyanın caynağından qurtarmağa çalışır və onlar arasında barış yaradılması Qərbin maraqlarına tam cavab verir".

Politoloq, Qərbin taleyinin Cənubi Qafqazda həll olunduğunu bildirib:

"Rusiyanın taleyi Cənubi Qafqaz, özəlliklə də Azərbaycanda həll olunur. Çünki Qərb Rusiyanı tam mühasirəyə almağa çalışır. Bu mühasirə Cənubi Qafqazla önəmli qapanma prosesini yaşayacaq. Bunun ardınca Orta Asiya respublikaları gəlir ki, artıq burada da proses başlayıb. Məsələn, bu gün Türkmənistan və Qazaxıstan daha çox Qərblə əməkdaşlıq etməyə hazırdır. Qısacası, Qərb bu bölgədə Rusiya ilə sonuncu döyüşə girəcək".

Tarix
2014.11.11 / 16:59
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Onların pensiyaları yenidən hesablanmaqla ödəniləcək

Bu ölkənin bayrağının rəngləri təshih olunacaq

İlham Əliyev Sərkisyanı bu yolla bitirdi – Video

Paşinyanın şəkil çəkdirdiyi rus qırıcısının göstəriciləri - Video

Şortikə görə qızı təhqir edəni hansı cəza gözləyir?

Alimdən iddia: Bakı lokal hərbi əməliyyat apara bilər – Video

Akşənər və İncə səsləri böldü: Ərdoğan önə çıxır

Nikol Bakının bu silahından qorxusunu belə göstərdi - Video

Başçı şortikli qızdan danışdı: Onların qeyrəti varsa...

Qərb Ərdoğanın qələbəsini “satın alır” – Sensasiya

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla