Yuxarı

Batumidə keçirilən beynəlxalq forumda qalmaqal - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gürcüstanın Batumi şəhərində Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramının təşkilatçılığı ilə keçirilən Vətəndaş Cəmiyyəti Forumunda qalmaqal yaşanıb.

Bu barədə Musavat.com-a forumda iştirak edənlərdən biri, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu xəbər verib.

Baş redaktorun sözlərinə görə, Çexiyanın ermənipərəst "People in Need" təşkilatı foyedəki stendə Azərbaycana dair tənqidi plakatlar asıb. Plakatlardan birində Azərbaycan prezidenti təhqir edilib. Azərbaycandan gedən nümayəndə heyəti buna etiraz edərək, foruma qatılmaqdan imtina edib. Onlar bildiriblər ki, insan haqlarının pozulmasına dair hallar, başqa ölkələrdə, məsələn, Belorusda, Ermənistanda, Gürcüstanda, hətta Çexiyada da var, nəyə görə məhz Azərbaycana qarşı ayrı-seçkilik edilməlidir. İştirakçılardan biri - Səlim Babayev isə üzərində Azərbaycan prezidentinin fotosu olan plakatı qopararaq, "müsadirə" edib. Çexlər polisə müraciət ediblər.

Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramov bildirib ki, forumun proqramında bu yoxdur və məsələ qərəz məsələsidir:

"Bu təşkilat Avtopada ermənipərəst kimi tanınır. Təşkilat Dağlıq Qarabağ ermənilərini əsas nümayəndə heyəti kimi Foruma salmağa çalışırdı. Forumdan əvvəl bu cəhdin qarşısını aldıq. Lakin bu hərəkət heç bir ölçüyə sığmır. Ona görə də forumu boykot edirik".

R.Arifoğlu deyib ki, Azərbaycanın 25 nəfərlik nümayəndə heyətindən Forumda cəmi 5 nəfər iştirak edir:

"Mən onların da mövqelərini öyrəndim. Dedilər ki, bu adi demokratiya hadisəsidir, bu qədər böyütməyə gərək yoxdur. Foruma qatılmayanların bəziləri isə Prezident Administrasiyasından idarə olunurlar, iqtidar yönlüdürlər. Lakin mənim müşahidəm göstərir ki, qatılmayanların əksəriyyəti müstəqil və müxalif yönümlüdürlər. Sadəcə onlar ölkələrinin imicləri ilə bu cür rəftara və ayrı-seçkiliyə etiraz edirlər".

Azərbaycan nümayəndə heyəti bir neçə televiziyaya müsahibə də verib.

Qeyd edək ki, forumun azərbaycanlı həmsədri iqtisadçı alim Vüqar Bayramovdur. Bu gün həm də onun sədrliyinin səlahiyyət müddəti bitir.

Tarix
2014.11.20 / 11:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla