Yuxarı

Bağdadinin tərcümeyi-halını azərbaycanlılar belə yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD lideri Əbu Bəkr Bağdadinin Vikipediya səhifəsində Azərbaycan dilində yerləşdirilən tərcümeyi-halı bəzi nüanslara görə olduqca maraqlıdır.

Axar.az xəbər verir ki, azərbaycanlı vəhhabilər tərəfindən yazıldığı ehtimal olunan tərcümeyi-hal Bağdadinin fəaliyyətindən çox, ona rəğbət hissini aşılayır.

Belə ki, Bağdadi haqqında məlumat verilərək əsl adının İbrahim Əvvad İbrahim Əli Bədri olduğu və soy-kökünün Məhəmməd peyğəmbərə (s.a.s) dayandığı bildirilir. Onun 2010-cu ildən bəri keçmiş İraq Əlqaidəsi adıyla tanınan İraq və Şam İslam Dövləti qruplaşmasının lideri, hazırda isə İslam dövlətinin "xəlifə"si olduğu qeyd olunur.

"Doktor Dua" adlandırılan Bağdadinin bir vaxtlar Tikrit Universitetində professorluq etdiyi, islami elmlər üzrə namizəd olduğu, Bağdad İslam Universitetində müəllimlik və təlimçilik etdiyi, islam mədəniyyəti, şəriət elmləri üzrə yüksək biliklərə yiyələndiyi deyilir.

Vikipediyada yerləşdirilən bu məlumatların Azərbaycanlı vəhhabilər tərəfindən yazıldığı istisna olunmur. Çünki birtərəfli şəkildə Bağdadinin tərif edilməsi və onun "xəlifə" adlandırılması terror təşkilatına rəğbət hissinin olması ilə izah edilə bilər.

Məlumat üçün bildirək ki, Bağdadi haqqında Vikipediya səhifəsində heç bir dildə bu qədər məlumata yer verilməyib.

Tarix
2014.12.03 / 08:15
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla