Yuxarı

İstanbulda baş verənlər xalqı üzdü – Əmrah Kaya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Süleyman Dəmirəl Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının ABŞ proqramının doktoru, “Kafkassam”ın Amerika araşdırmaları və terrorla mübarizə üzrə mütəxəssisi Əmrah Kayanın Axar.az-a müsahibəsini təqdim edirik:

– İstanbulda seçki nəticələrinin ləğvi xalqı həyəcanlandırdı. Hadisələrin bu istiqamətdə inkişafının səbəbi nə oldu?

– Xalqı həyəcanlandırmadı, xalqı üzdü. Ərdoğan türk siyasətinə İstanbul seçkiləri ilə gəldiyi kimi, İstanbul seçkiləri ilə də gedə biləcəyini dərk edir. Bu səbəbdən İstanbuldan ayrılmaq istəmir. Ancaq bu qərar Ərdoğan iqtidarının sonunu gətirə bilər.

– Ali Seçki Qurumunun İstanbulda böyükşəhər bələdiyyə sədrliyi seçkilərinin ləğvi ilə bağlı göstərdiyi səbəblər çoxları tərəfindən birmənalı qarşılanmadı.

– Türkiyədə müxalifət illərdir müstəqil bir məhkəmə olmadığını dilə gətirməkdədir. Bir çox hallarda bunun nümunələrini görmək mümkündür. Ali Seçki Qurumu məhkəmə orqanıdır və seçki prosesi ilə məşğul olur. ASQ-nin almış olduğu qərar Türkiyədə artıq mühakimənin tam mənasıyla öldüyü mənasını verməkdədir. Çünki seçki nəticələrinin ləğvinin əsas səbəbi kimi bəzi “seçki prosesinə nəzarət edən qurumlar” göstərilib. Halbuki, bu qurum nümayənlərinin özləri elə Ali Seçki Qurumunun nümayəndələridir.

– Türkiyədə seçki tarixində oxşar hadisə yaşanıbmı?

– Bildiyim qədəri ilə yaşanmayıb. Əgər yaşansaydı, AKP bu metoddan daha öncə istifadə edərdi. Daha öncələrdə nəticələrin ləğv edilməsi kimi bir olay yaşanıbsa da, bu, Türkiyənin ürəyi olan şəhərdə baş verməyib.

– Baş verən bu hadisənin növbəti seçkilərdə də təkrarlanması ehtimalı mövcuddurmu?

– Türkiyənin hüquqi dövlət olduğuna inanan milyonlarla insan var. Amma bunun qarşısında öz maraqları üçün hüquqsuzluğa baş vuran insanlar da mövcuddur. İstanbuldakı seçkilərin nəticələrinin ləğvi bunu göstərdi ki, bəzi liderlərin hakimiyyəti dövründə bu kimi halların yaşanması mümkündür. Ancaq bu, öz növbəsində, hüququn aliliyinə inanan insanların dövlətdən uzaqlaşmasına gətirib çıxara bilər. Bu da Türkiyədəki gərginliyin getdikcə artacağını göstərir.

Tarix
2019.05.08 / 09:18
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

Azərbaycandakı türk şirkətlərinin sayı açıqlandı

Ceyhun Bayramov İsrail XİN rəsmisi ilə görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla