Yuxarı

Bakı polisindən partlayıcı əməliyyatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt polisi partlayıcı paketlərin və fişənglərin qanunsuz satışı ilə bağlı reydlər keçirir.

Axar.az-ın məlumatına görə, Bakının bir çox yerlərində "partlayan paket" deyilən oyuncaq partladanların satışı qadağan olunub. Ölkəyə gətirilməsi yasaqlanan bu malları satanlar cərimələnir, malları müsadirə olunur. Reydlərin Yeni ilə qədər davam edəcəyi bildirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl keçirilən əməliyya tədbirləri nəticəsində Biləcəri Dəmir Yolu Stansiyasının ərazisində səyyar satışla məşğul olan Cəfər Daşdəmirovdan 2800 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulat götürülüb. Bundan əvvəl də Bakıda satışda külli miqdarda partlayıcı vəsaitlər tapılmışdı.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Lökbatan qəsəbəsindəki ticarət mərkəzində Bakı şəhər sakini Etimat Hüseynovdan 22280 ədəd pirotexniki məmulat götürülüb.

Qadağalara baxmayaraq, təəssüf ki, bəzən yanğınlara gətirib çıxaran və insanların səhhətinə mənfi təsir edən bu oyuncaq partlayıcılar Yeni il rəmzi kimi təbliğ olunur və qeyri-qanuni olaraq satılır.

Tarix
2014.12.23 / 21:50
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

ABŞ-ın İrəvandakı səfirindən Bakı ilə razılaşmaya reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla