Yuxarı

İraqın Suriya və Fələstin mövqeyi - Bakı sammiti

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İraqın Suriya və Fələstin mövqeyi - Bakı sammiti

İraq xalqı İŞİD-lə mübarizədə qələbə qazana və öz torpaqlarını İŞİD-dən azad edə bildi.

Axar.az xəbər verir ki, bunu Qoşulmama Hərəkatının Bakı sammitində çıxışı zamanı İraq Respublikasının Xarici İşlər naziri Məhəmməd Əli Hakim bildirib.

O, diqqəti regional münaqişələrə yönəldib, deyib ki, bu münaqişələrin bütün regiona yayılmaq təhlükəsi var:

“Mənim ölkəm terrorizimdən çox böyük əziyyətlər çəkib. Hazırda regionda sülhə və sabitliyə böyük ehtiyac vardır. İraqın siyasəti bütün region ölkələri ilə əlaqələri inkişaf etdirməkdən ibarətdir. Bu istiqamətdə səylər göstəririk. Biz ölkələrin daxili işlərinə qarışmamaq siyasəti yürüdürük. Bandunq prinsipləri Qoşulmama Hərəkatının fəaliyyətində böyük əhəmiyyətə malikdir. Biz işğalın bütün forma və təzahürlərini pisləyirik”.

Nazir İraqın Fələstinlə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını vurğulayıb:

“Biz Şərqi Qüds paytaxt olmaqla, Fələstin xalqının müstəqil dövlət yaratmaq hüququnu dəstəkləyirik. İraq İsrailin Qolan təpələrini işğal etməsini pisləyir. İsrail BMT-nin qətnamələrinə uyğun olaraq, öz qoşunlarını həmin ərazidən çıxarmalıdır. Biz Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik və bu ölkədə müharibənin başa çatmasını və sülhü istəyirik”.

Tarix
2019.10.26 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla