Yuxarı

Sabiq polis rəisi: Dərhal tədbirlər görülməsə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Azərbaycan cəmiyyətində durmadan artan cinayət halları ilə bağlı xüsusi hüquqi maarifləndirməyə və qanunda hər hansı bir dəyişikliyə lüzum görmürəm".

Bu sözləri Axar.az–a açıqlamasında polis polkovniki, Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev son zamanlar ölkədə artan təhlükəli cinayət halları barədə danışarkən deyib.

Ekspertin sözlərinə görə, ölkədə cinayət təhlükəsi, inzibati xətalar və az əhəmiyyətli hüquq pozuntuları artanda buna cəmiyyət və cinayət kontekstindən yanaşmaq lazımdır:

"Harada cəmiyyət varsa, orda cinayət, harada cinayət varsa, orada cəmiyyət var. 1960-cı illərdə kommunistlərin bir ideologiyası var idi ki, sosializm tam qələbə çaldıqdan sonra biz kommunizmə keçəcəyik və burada heç bir vaxt cinayət olmayacaq. Bu, sırf çürük kommunist təfəkkürü idi. Bu gün ölkədə durmadan artan cinayət hallarına ikinci bir konteksdən yanaşdıqda ortaya belə bir sual çıxır. Yəni ağır cinayət halları niyə durmadan artır? Əslində, cinayətin baş vermə hallarına cəmiyyət və cinayət kontekstindən yanaşdıqda bu, bir qanunauyğunluqdur. İndi bu kimi halların çox və ya az olması, ağır və az ağır cinayətlər gəldikdə isə bu, tamam başqa bir məsələdir. Hazırda ölkədə heç bir hüquqi maariflənməyə ehtiyac yoxdur. Çünki artıq 2015-cil ildir. Eyni zamanda qanunvericilikdə dəyişikliyə də lüzum görmürəm. Çünki son 15 ildə qanunda kifayət qədər əlavə və dəyişikliklər edilərək xeyli sayda kosmetik düzəlişlər aparılıb".

Mahmud Hacıyev bildirib ki, hazırda cəmiyyətdə adiləşən cinayət hallarının qarşısının alınması ilə bağlı dərhal müvafiq tədbirlər görülməlidir:

"Cinayət tərkibli əməllərin cinayət tərkibli amillər toplusu var. Bu amillərdən birincisi, cinayətin obyektiv və subyektiv tərəfləri və cinayətin motividir. Bax, bu gün cəmiyyətdə baş verən bu cür cinayətlərin motivi araşdırılmalıdır. Sosioloqlar, hüquqşünaslar, hüquq-mühafizə orqanlarının rəhbərləri və psixoloqlar ortaq məxrəcə gələrək təkliflər paketi hazırlamalı və Nazirlər Kabinetinə təqdim etməldirlər. Ən sonda isə bəlli tip cinayətlərin qarşısının alınması istiqamətində ciddi tədbirlər görülməlidir. Bu gün cəmiyyətdə cinayət təhlükələrində artım müşahidə olunursa, bunun əsas səbəbi profilaktik tədbirlər görülməməsidir. Məhz bu baxımdan da tamah motivli, qəsdən adam öldürmə, xəsarət yetirmə kimi cinayətlərin sayı artıb".

Tarix
2015.01.28 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla