Yuxarı

Vaqif Səmədoğlu vəfat etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ədəbiyyatına və ictimai həyatına ağır itki üz verib.

Axar.az xəbər verir ki, Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu Bakıda yaşadığı evdə dünyasını dəyişib. Yaxınlarının verdiyi məlumata görə, şairin harada və nə vaxt dəfn olunacağı hələlik dəqiqləşməyib.

Qeyd edək ki, dövlət dəstəyi ilə müalicə alan xalq şairi Vaqif Səmədoğlu onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

***

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb.

Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971), C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib.

Azərbaycanın Milli Məclisinə deputat olub (2000).

Tarix
2015.01.28 / 11:58
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Sensasion etiraf

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla