Yuxarı

Britaniya Kəlbəcər girovlarına çıxarılan hökmü tanımır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Xarici İşlər Nazirliyinin dövlət naziri, baronessa Coys Anelay Britaniya hökumətinin qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımadığını bəyan edib.

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, baronessa Anelay bunu lord Con Teylor Kilkluninin parlamentdə ona ünvanladığı suala cavabında bildirib.

Lord Kilkluninin sualı yaxınlarının işğal olunmuş Azərbaycan ərazilərindəki məzarlarına baş çəkərkən Ermənistan əsgərləri tərəfindən pusquya salınan və əsir götürülən iki azərbaycanlı mülki şəxsin - Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyi ilə bağlı olub.

Britaniyanın Dağlıq Qarabağdakı separatçı rejimi tanımaması ilə yanaşı, baronessa Anelay həmçinin qeyd edib ki, Britaniya hökuməti sualda qeyd edilən məhkəmə icraatının hüquqi bazasını da tanımır. Nazir Böyük Britaniya hökumətinin iki əsirin taleyi məsələsini Beynəlxalq Qırmızı Xaç Komitəsi qarşısında qaldırdığını söyləyib.

Qeyd edək ki, Britaniya XİN-in dövlət naziri vəzifəsi nazir müavini statusunda olan vəzifədir.

Tarix
2015.01.28 / 16:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla