Yuxarı

Almaniyaya gedənlərin Bakıya vurduğu zərbə - Professor

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç bir səfirlik diplomatik faəliyyət göstərdiyi ölkə vətəndaşlarına siyasi mühacir adı ilə viza vermir. Ona görə də hansısa xarici ölkəyə siyasi mühacir kimi getmək istəyən şəxslər səfirliyə yanlış məlumat verirlər.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev Almaniyada azərbaycanlı siyasi mühacirlərlə baş verən hadisələr fonunda qanunvericilikdən danışarkən deyib. Hüquqşünas siyasi mühacirlərlə bağlı beynəlxalq qanunvericiliyin əsas şərtlərini nəzərə çatdırıb:

“Əslində viza blankı doldurulanda verilən sullardan biri də şəxsin hansı tarixlərdə gedib-qayıtması ilə bağlıdır. Qeyd edilən tarixlərdə ölkəsinə qayıtmayan şəxslər bu qaydanı pozmuş sayılırlar. Amma bu cür pozuntular cinayət məsuliyyəti yaratmır. Çünki viza mərhələsindəki ən böyük yalan məhz bu hissə ilə bağlıdır.

1951-ci ildə qəbul olunmuş Çikaqo Konvensiyasına görə, o insanların siyasi mühacirlik hüququ tanınır ki, həmin şəxlər doğrudan da siyasi təqibə məruz qalır. Heç bir səfirlik siyasi təqibə məruz qaldığını deyən şəxsə viza vermir. Çünki heç bir dövlətin səfirliyi fəaliyyət göstərdiyi ölkə ilə münasibətlərinin pozulmasını istəmir. Bu, adətən bütün ölkələrdə belədir. Hər hansı Azərbaycan vətəndaşı o vaxt siyasi mühacir kimi viza ala bilər ki, başqa bir dövlətin ərazisində olarkən getmək istədiyi ölkənin səfirliyinə müraciət etsin. Bu halda onun müraciətinə baxıla bilər.

Onu da qeyd edim ki, maddi çətinlik səbəbilə mühacirət hüququ tanınmır. Yəni ölkəsində işsizlikdən şikayətlənən, dolana bilmədiyini deyən azərbaycanlı gedib Almaniyada mühacirət hüququ ala bilməz. Mühacirət hüququ yalnız o şəxslərə verilə bilər ki, onların öldürülmə, işgəncəyə məruz qalma, həbsə atılma təhlükəsi var. Heç kim turist kimi getdiyi ölkədə daimi qala bilməz. Vətəndaşlar gedib xaricdə daimi qala bilmək üçün ya həmin ölkədə təhsil almalı, ya getdiyi ölkənin vətəndaşı ilə evlənməli, ya da siyasi mühacir adını almalıdır”.

F.Mehdiyevin sözlərinə görə, hər hansı ölkə vətəndaşlarının siyasi mühacir adını alması üçün getdiyi ölkədə müvafiq qurumlara saxta məlumat verməsi qanun pozuntusudur və buna görə deportasiya edilə bilərlər:

“Əgər hər hansı şəxslər və ya təşkilatlar miqrantların Azərbaycandan Almaniyaya getmə ehtimalını sürətləndirirsə, bu, qanun pozuntusudur. Çünki vətəndaşlar adətən turist kimi viza alırlar və geri qayıdacaqlarını söyləyirlər. Onlar yalnız xarici ölkəyə getdikdən sonra siyasi təqibə məruz qaldıqlarını deyirlər. Bu səbəbdən hər hansı bir şəxsə Almaniyaya getmək üçün kömək etmək, əslində, Almaniya qanunvericiliyinə görə hüquq pozuntusudur. Çünki o şəxsə səfirliyə bu barədə məlumat vermir.

Hansısa vətəndaşın viza alaraq getdiyi ölkədə siyasi sığınacaq tələb etməsi məsuliyyət yaratmır. Amma yalan informasiya verdiyi məlum olarsa, bu halda getdiyi ölkə şəxsi deportasiya edir. Bu məsələdə saxta məlumatların toplanmasına yardım edən təşkilatçılar da məsuliyyətə cəlb edilə bilər”.

F.Mehdiyev Almaniyanın miqrantları deportasiya etmək üçün hansısa saxta ittihamlara ehtiyacı olmadığını söyləyib:

“Onsuz da əksər ölkələr miqrant axının qarşısını almaq istəyir. Çünki miqrantların çox olması ölkənin əmək bazarına çox ciddi şəkildə təsir edir. Amma miqrantları geri göndərmək üçün o insanların cinayətkar olmasına ehtiyac yoxdur”.

Ekspert xarici ölkədə siyasi mühacir kimi yaşayanların Azərbaycan qanunvericiliyinə görə pozuntuya yol vermədiyini desə də, bunun ölkənin milli maraqlarına zidd olduğunu söyləyib:

“Biz bilirik ki, Almaniyaya köçən insanlarımızın 99 faizi siyasi təqibə məruz qalmayan şəxslərdir. Həqiqətən siyasi təqibə məruz qalanlar adətən xaricə köçməyə can atmır. Xaricə qaçan insanlar əksər vaxt ölkə haqda yanlış məlumat formalaşdırırlar. Beləliklə, onlar bu əməlləri ilə vətəndaşı olduğu ölkənin imicinə xələl gətirirlər”.

Qeyd edək ki, Almaniya hüquq-mühafizə orqanları saxta yollarla mühacir adı alanlara qarşı əməliyyat keçirib. Nəticədə bir neçə azərbaycanlı saxlanılıb, həmçinin saxta yolla mühacir statusu almaq istəyən 60-dan çox azərbaycanlı deport edilib.

Tarix
2019.11.16 / 09:00
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!

Bu subyektlərin maliyyə hesabatlarının forması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla