Yuxarı

Rusiya aldadır: Sərkisyanın ömrünə az qalıb...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın bu addımı Ermənistanda emosiyaları müəyyən qədər sakitləşdirə bilər".

Bu sözləri Axar.az-a açıqlamasında Kremlin Ermənistanda parlament islahatları ilə bağlı verdiyi razılığı şərh edərkən politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, bu, əslində, düşünülmüş bir addımdır:

"Əgər Ermənistan parlament üsul-idarəsinə və İcra Hakimiyyətinin bütünlüklə Nazirlər Kabinetinə məxsus olduğu siyasi sistemə keçərsə, onda prezidentin hakimiyyəti simvolik xarakter daşıyacaq. Hesab edirəm ki, bu, sırf ölkədə hökm sürən emosiyaların sakitləşdirilməsinə hesablanmış bir addımdır. Görünür, Moskva buna razılıq verməklə ölkədə intensivləşən mitinqlərin qarşısını almaq məqsədi güdür. Yəni Kremlin budəfəki siyasətinin arxasında məhz bu gizlin siyasət dayanır. Onu da qeyd edim ki, əslində, Sərkisyanın ömrünə az qalıb. Çünki bu gün o, ölkəsi üçün istənilməyən bir adamdır. Məsələ burasındadır ki, Sərkisyanın hakimiyyətdə qalması Moskvaya sərf edir. Düzü, mən bu razılığı siyasi manevr kimi dəyərləndirirəm. Çünki aydın məsələdir ki, aranı sakitləşdirib, camaatı bununla aldatmaq istəyirlər. Ancaq türklər demiş, daşlar yerinə oturduqdan sonra Rusiya dediyi sözü sabah dərhal inkar edəcək. Ona görə də hazırkı dönəmdə Ermənistanda nisbi sabitliyə nail olmaq Kremlin əsas arzusudur".

Xatırladaq ki, bu barədə Ermənistanın "Qraparak" qəzeti məlumat yayıb. Məlumata görə, Rusiya Ermənistanda konstitusiya islahatlarının aparılmasına icazə verib.

Tarix
2015.01.31 / 09:59
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

Bu fond Füzulinin Qoçəhmədli kəndini bərpa edəcək

Prezident Leonid Kalaşnikovu qəbul etdi

Azərbaycanda 5-ci nəsil qırıcı istehsalı... - Təcili

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla