Yuxarı

Paşayeva doğma kəndində seçicilərilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva doğma kəndində seçicilərilə görüşdü - Foto

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva bu gün doğulduğu və böyüdüyü Düz Qırıqlı kəndində görüşlər keçirib.

Axar.az xəbər verir ki, “məhəllə-məhəllə”, “ev-ev” prinsipi ilə hər bir seçicisi ilə ayrı-ayrılıqda görüşən Qənirə Paşayeva ilk olaraq şəhid ailələri, Qarabağ müharibəsi əlil və veteranlarını ziyarət edib.

“Əziz Düz Qırıqlı sakinləri, düz 14 il əvvəl ilk dəfə seçkilərdə iştirak edəndə sizə bir söz verdim: Bütün fəaliyyətim dövründə gücümün çatdığı qədər sizə, bütün seçicilərimə, millətimizə və dövlətimizə xidmət edəcəm! 14 illik deputat fəaliyyətim dövründə də hər gün bu düşüncə ilə yaşadım və çalışdım. 14 il ərzində Düz Qırıqlının problemlərinin böyük hissəsi öz həllini tapdı. Bilirəm, hələ də həllini gözləyən məsələlər var. Bundan sonra da həmin məsələlərin öz həllini tapması istiqamətində yenə də əlimdən gələni əsirgəməyəcəm. Bilirsiniz ki, mən hər zaman sizin yanınızda oldum. Çünki bu mənim bir borcumdur. Vəzifə ilə yanaşı, həm də insanlıq borcumdur və bundan sonra da harada çalışmağımdan asılı olmayaraq, gücümün çatdığı qədər hər zaman sizin yanınızda olacam", - Paşayeva deyib.

Q.Paşayeva həmçinin ölkəmizin keçdiyi yoldan, əldə etdiyi uğurlardan, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən həyata keçirilmiş böyük işlərdən və dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət, qayğıdan danışıb, seçicilərlə fikir mübadiləsi aparıb.

Qənirə Paşayeva ona hər zaman etimad və dəstək göstərən Düz Qırıqlı seçicilərinə təşəkkür edərək, təkrar etimad göstərərlərsə, bundan sonra da onları layiq olduqları səviyyədə təmsil etmək üçün yorulmadan çalışacağını bildirib.

Düz Qırıqlı sakinləri Qənirə Paşayevaya 14 illik fəaliyyəti dövründə etimadlarının daha da artdığını deyiblər və namizədlərinə uğurlar diləyiblər.

Tarix
2020.02.04 / 00:08
Müəllif
Axar.az
Digər xəbərlər

Abbas Arakçı Azərbaycana təşəkkür etdi

İrana quru hücumu sabah başlayır: BƏƏ niyə yardım edir?

İlham Əliyev banqladeşli həmkarını təbrik etdi

Rusiyadan İrana göndərilən yardım "Qaradağ"a çatdı

"Labubu" oyuncaqları rekord gəlir qazandırdı

Neft-qaz sektorunda azalma baş verdi, əvəzində... - Ekspert

ABŞ və İranın qəbuledilməz şərtləri: kim geri çəkilir?

Yaxın Şərqdə gərginlik: bu layihənin əhəmiyyəti artmaqdadır

Heç kəs xəyal etmirdi: İran gözləntiləri darmadağın etdi

Zəngəzur dəhlizi bizim üçün unikal yerdir - Mitsidis

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla