Yuxarı

Azərbaycanda qalacağam, gəzmək istəyirəm - Dambrauskas

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda qalacağam, gəzmək istəyirəm - Dambrauskas

Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Sabah" "İmişli"yə 3:1 hesabı ilə qalib gəlib.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas oyundan sonra matç barədə fikirlərini bölüşüb:

"Milliyə yollanan futbolçularımıza uğurlar arzulayıram. Ölkəni təmsil etmək böyük şərəfdir. Ümid edirəm ki, zədəsiz qayıdacaqlar. Komandada qalan futbolçularla isə işimizi davam etdirəcəyik. Bu gündən komandaya bir həftə istirahət vermişəm. Qayıtdıqdan sonra çempionatın ikinci hissəsinə hazırlaşacağıq və oyun-oyun irəliləyəcəyik.

Özümə gəlincə, Azərbaycanda qalacağam. Ölkənin bölgələrini gəzmək, yeni yerlər görmək və istirahət etmək istəyirəm. Son üç ayda, xüsusən Çempionlar Liqasının təsnifat mərhələlərini və mövsümün startını nəzərə alsaq, qrafikimiz çox gərgin olub. Yay dövründəki çıxışımızı 10 ballıq sistemlə qiymətləndirsəm, ən yüksək balı verərdim. Yalnız “Mançester Yunayted”lə oyunda bir qədər daha yaxşı çıxış edə bilərdik.

Fasilədən sonra əvvəlcə “Neftçi”, ardından “Slaviya” və “Qəbələ” ilə oynayacağıq. Daha sonra isə Dortmund “Borussiya”sı və “Qarabağ”la qarşılaşacağıq. Çempionlar Liqasına xoş gəlmisiniz! Belə səviyyədə çıxış edirsinizsə, bu ritmə davam gətirməlisiniz. Böyük klub olmaq və belə çağırışları qəbul etmək istəyiriksə, bu maneələri dəf etməli və inkişaf etməliyik".

Tarix
2026.09.20 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Tramp Ukraynaya ən dəhşətli xəyanətini etdi - KİV

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla