Yuxarı

NK-dan vergi və gömrük güzəştləri ilə bağlı - Qərar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
NK-dan vergi və gömrük güzəştləri ilə bağlı - Qərar

Nazirlər Kabineti vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması qaydasını təsdiq edən qərarın izahını verib.

Axar.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş büdcə-vergi siyasətinin əsas prioritet istiqamətləri qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisinin artırılması olmuşdur. Bu məqsədlə qeyri-neft sektoruna investisiya qoyuluşunun təşviqi, ixrac yönümlü istehsalın stimullaşdırılması və daxili bazarın qorunması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində vergi və gömrük sahəsində bir sıra güzəşt və azadolmalar müəyyən edilib.

NK-nın qərarında:

- vergi və gömrük sahəsində güzəşt və azadolmaların müəyyən edilməsi meyarlarına,

- güzəştlər üzrə büdcə itkilərinin hesablanması metodologiyasına,

- güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsinə

- və güzəştlərlə bağlı məlumatlara dair mərkəzləşdirilmiş reyestrin aparılmasına dair tənzimləmələr nəzərdə tutulmuşdur.

Təklif edilən metodologiyaya görə güzəştlərin verilməsi

- büdcə itkilərinin hesablanması,

- ölkənin iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi proqnoz göstəriciləri,

- statistik məlumatlar,

- güzəşt tətbiq olunan vergi və mülkiyyət növü,

- vergi ödəyicilərinin bəyannamələri əsasında güzəşt verilən vergitutma bazası,

- idxal-ixrac əməliyyatları,

- dövlət gəlirlərinin proqnozlaşdırılması üzrə hesablamalar və digər əlaqəli məlumatlar əsasında həyata keçiriləcək.

Tarix
2020.02.10 / 21:56
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Jelko Komşiçi təbrik etdi

Milli Məclisin növbəti plenar iclası başladı

Kamaləddin Qafarov: Kəlbəcər yenidən inşa olunur

Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək - Matevosyan

Maduro üçün gerisayım başladı: Hava hücumları başlaya bilər

Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi: proses başlayır

Yeni ili Şamaxıda qarşılamaq Dohadan bahadır - Qiymət

Göyçədəki yanğın Tavuşun sərhədinə çatdı

Cəmi 1 AZN-lə bu axşam “Nar”dan avtomobilə sahib ol!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla