Yuxarı

Keçmiş nazirdən Yasamal olayına: Maraqlı qüvvələr... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş nazirdən Yasamal olayına: Maraqlı qüvvələr... - Video

09:00

Vətəndaşlar və polis qüvvələri bir-birinə qarşı ehtiyatlı olmalıdır, çünki faktiki olaraq ölkədə sabitliyi pozmaq istəyən qüvvələr var.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Yasamalda yaşanan olayı şərh edərkən deyib. O bildirib ki, insanların karantin rejimini pozması və polisin başına müxtəlif maddələr atması qəbuledilməzdir:

“Bununla belə, bu məsələyə sahə müvəkkillərinin baxması lazım idi. Şübhəsiz, günahkar olan hər kəs qanun çərçivəsində cəzalandırılmalıdır. Sadəcə, mövcud pandemiya dövründə polis də vətəndaşlara ehtiyatla yanaşmalıdır”.

Politoloqun fikrincə, bu gün ölkəmizdə polis-vətəndaş münasibətlərinin pozulmasında maraqlı qüvvələr çoxdur:

“Biz görürük ki, bəzi qüvvələr bundan istifadə edib, insanları polisin əleyhinə qaldırır. Düşünürəm, bu hadisədən ciddi nəticə çıxarmaq lazımdır. Bir yanlışlıq ciddi nəticələr doğura bilər. Polisin istər pandemiya, istərsə də pandemiyadan öncə etdiyi təqdirəlayiq işlər çoxdur. Bunun canlı şahidi olmuşuq. Amma bu gün qarşılıqlı münasibətlərin pozulmasında maraqlı qüvvələr çoxdur və mövcud vəziyyətdə bu məsələni ictimaiyyətə fərqli fonda təqdim edənləri də görürük.

Onlara ən xırda fürsət də vermək olmaz. Bu və bu kimi hallarda ehtiyatlı, həssas və anlayışlı olmaq lazımdır. Hazırda həm vətəndaşların, həm də polislərin əsəbləri tarıma çəkilib. Unutmayın ki, sadə vətəndaşlar da, polislər də cəmiyyətin bir parçasıdır. Son dərəcə diqqətli olmaq vacibdir”.

Tarix
2020.06.11 / 10:53
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla