Yuxarı

Beynəlxalq Banka sədr əvəzi təyin edildi - Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beynəlxalq Banka sədr əvəzi təyin edildi - Rəsmi

Bu gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçirilib.

Bankdan Axar.az-a verilən məlumata görə, yığıncaqda Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş 2014-cü ilin maliyyə hesabatı təsdiq edilib, İdarə Heyətinin təklifinə əsasən 2014-cü ildə əldə olunmuş 25,5 milyon manat məbləğində mənfəətin bölüşdürülməmiş mənfəət hesabında saxlanılması, həmçinin Bankın nizamnamə kapitalının 200 milyon manat artırmaqla 890 milyon manata çatdırılması barədə qərarlar qəbul edilib.

Yığıncaqda qeyd olunan məsələlərlə yanaşı təşkilati məsələyə də baxılıb. Məlum olduğu kimi, Bankın Müşahidə Şurasının 18 mart 2015-ci il tarixində keçirilmiş iclasında Cahangir Hacıyevin səhhəti ilə əlaqədar Bankın İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi barədə ərizəsi təmin edilib və o, tutduğu vəzifədən kənarlaşdırılıb.

"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən İdarə Heyəti sədrinin vəzifəyə təyin və azad olunması məsələləri səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edildiyindən, Bankın səhmdarlarının ümumi yığıncağının qərarı ilə İdarə Heyətinin sədri C.Hacıyev tutduğu vəzifədən azad edilib. Hazırda İdarə Heyəti sədrinin vəzifəsini sədrin birinci müavini Emil Mustafayev icra edir.

Tarix
2015.04.02 / 18:10
Müəllif
Məmməd Rauf
Digər xəbərlər

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla