Yuxarı

Gürcüstanda azərbaycanlı deputatlardan Türkiyəyə jest

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanda azərbaycanlı deputatlardan Türkiyəyə jest

Deputatlar "erməni soyqırımı"na görə bir dəqiqəlik sükut elan etməsinə qarşı çıxıblar.

Bu gün Gürcüstan parlamentinin "Gürcü Arzusu"ndan olan azərbaycanlı deputatı Mahir Dərziyev və Vahid Milli Hərəkat partiyasının üzvü olan Azər Süleymanov parlamentin iclasında öz etirazlarını bildiriblər.

Onlar deputat Samvel Petrosyanın "erməni soyqırımı"na görə bir dəqiqəlik sükut elan etməsinə qarşı çıxıblar.

M. Dərziyev APA-ya açıqlamasında məsələ ilə bağlı çıxış etdiklərini bildirib: "Erməni soyqırımı"nın tanınması məsələsi dəfələrdə Gürcüstan parlamentində qaldırılıb, lakin həm iqtidar, həm də müxalifət tərəfindən birmənalı şəkildə rədd olunub. Bu gün də oxşar mənzərə olub. İqtidar tərəfdən olan deputat Qubad Sanikidze, habelə müxalifətçi deputat Nuqzar Tsiklauri bu məsələni yenidən qaldırmağın düzgün olmadığını qeyd ediblər. Onlar vurğulayıblar ki, Gürcüstan milliyyətindən asılı olmayaraq bu ölkədə yaşayan vətəndaşların vətənidir və onların arasında milli ədavət salmaq cəhdləri uğursuzluğa düçar olacaq".

M. Dərziyev qeyd edib ki, ermənilər konkret faktlara və sənədlərə əsaslanmırlar: "Erməni soyqırımı" ilə bağlı ermənilər heç bir araşdırma aparmayıblar. Türkiyə tərəfi öz itkilərinin ermənilərdən də çox olduğunu dəfələrlə bildirib. Gürcüstan tərəfindən "soyqırımı"nın tanınması, Gürcüstanın qonşusu olan və NATO-nun üzvü olan Türkiyə ilə münasibətlərə xələl gətirə bilər və böhran yarana bilər. Mən həmçinin Gürcüstan parlamentinin üzvlərini ölkənin maraq və ziyanına olan bu cür cəfəngiyatları gündəmə gətirməməyə çağırdım".

Tarix
2015.04.15 / 20:48
Müəllif
Axar.az
Digər xəbərlər

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla