Yuxarı

Bakı axını üçün Afinaya təcili səfər: Vaşinqtonun cavabı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Birləşmiş Ştatlar Rusiya qazının Avropadan sıxışdırılması məqsədilə Moskva və Afina arasında boru kəmərinin tikintisi sazişinə mane olmağa çalışır. Əvəzində Vaşinqton Azərbaycandan alternativ qaz kəmərinin tikintisində təkid edir".

Publika.az xəbər verir ki, bu barədə "Deyli Teleqraf" nəşri yazıb.

Nəşr qeyd edir ki, Azərbaycan qazı Avropa bazarlarını Rusiya asılılığından qurtarmağa kömək edəcək.

"ABŞ Rusiyanın Yunanıstanı ələ almasına "cavab atəşi" hazırlayır. Yaxın günlərdə bu məqsədlə Dövlət Departamentinin nümayəndə heyəti Afinaya yollanacaq. Nümayəndə heyətinə də beynəlxalq enerji əlaqələri üzrə özəl təmsilçi Amos Hokştayn (Amos Hochstein) rəhbərlik edəcək", - deyə "Deyli Telefraf" qeyd edib.

Qeyd edək ki, bir müddət öncə A.Hokştayn "Hürriyət" qəzetinə müsahibəsində TANAP-ın əhəmiyyətinə diqqət çəkərək bu layihənin tamamlanması üçün hər kəsi səfərbər olmağa çağırıb.

Hazırda Rusiya Cənub qaz dəhlizi layihəsinin tərkib hissəsi olan boru kəmərlərinin keçəcəyi Yunanıstanın yeni seçilmiş solçu hökuməti ilə danışıqlar apararaq Avropa Birliyinin "Qazprom"dan imtina etmə planını pozmağa çalışır. Afina və Moskva arasında bu istiqamətdə ciddi danışıqlar aparılır və ortada yeni bir boru kəmərinin inşası məsələsi də var. Lakin Brüssel Rusiyaya yaxınlaşdığı üçün Afinaya ciddi xəbərdarlıq edib. ABŞ Dövlət Departamentinin yüksək səviyyəli nümayəndə heyətinin Afinaya getməsi isə Vaşinqtonun oyuna müdaxilə etmək qərarına gəldiyini göstərir.

Tarix
2015.05.03 / 12:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla