Yuxarı

Millət vəkili: “Susdurmağın ən yaxşı yolu...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan öz yoluna baxmalıdır. Çünki Qarabağ, "soyqırım" məsələsində də eyni kampaniyalar gedir və hansısa düşmən niyyətli qüvvələr susmaq və fəaliyyətsiz dayanmaq fikrində deyillər".

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Azərbaycanda keçiriləcək I Avropa Oyunları haqqında danışarkən deyib. Onun sözlərinə görə, niyyəti pis olanların bu yoldakı fəaliyyətlətindən əl çəkmələrini gözləmək sadəlövhlük olardı:

"İndiki şərtlərdə, məncə, biz öz yolumuzu tutub irəli getməliyik. Yəni susdurmağın ən yaxşı yolu cavab vermək deyil, ortaya fəaliyyət qoymaqdır. Azərbaycan məsələyə susdurmaq və cavab düşüncəsi ilə yanaşmamalıdır. Konkret olaraq tədbiri möhtəşəm şəkildə keçirərək cavab verməlidir ki, belə bir mühüm tədbiri keçirməyə gücü, imkanı, resursları çatan bir ölkədir. Ən əsası bu məsələni gündəmdə saxlamaq lazımdır. Yoxsa hər tərəfdən Azərbaycana qarşı aparılacaq kampaniyalara və gözdən salma istiqamətində atılacaq addımlara uysaq, çox şeyləri qaçırmış və uzaqlaşmış olarıq. Bu baxımdan hesab edirəm ki, bütün diqqət tədbirin daha yüksək səviyyədə keçirilməsinə yönəlməlidir".

Tarix
2015.05.05 / 12:47
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla