Yuxarı

Trofimçuk: “Avropa Əliyevin bu addımını anlayır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir çox müşahidəçilər Riqa sammitinin anti-Rusiya xarakterli olduğunu yazırlar".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə, bu sammit, əslində, formal xarakter daşıyır:

"Çox güman ki, məhz buna görə Azərbaycan rəhbərliyi bu tədbirdə iştirakdan imtina edib. Hazırda biz Şərq tərəfdaşlığına daxil olan ölkələri iki qrupa ayıra bilərik. Bunlardan birincisi Ukrayna, Gürcüstan, Moldovadır. İkinci qrupa isə Belorus, Ermənistan və Azərbaycan daxildir. Bölünmə prinsipi kifayət qədər aydındır. Birinci üç ölkə Rusiyaya qarşı bütün formatlarda çıxış etməyə hazırdır. Burada Belorus və Ermənistan Rusiyanın Avrasiya İttifaqı və digər proyektlərində birbaşa müttəfiqidir. Azərbaycana gəlincə isə onun bu məsələlərin hamısında özünün xüsusi müstəqil mövqeyi var. Ona görə də bu ölkəyə qarşı Avropa Birliyi və Qərb tərəfindən təzyiqin artacağını mümkündür. Riqa sammitinə yollanmayan Prezident İlham Əliyevə qarşı həmin strukturlarda çıxışlar ola bilər. Lakin hər şeydən öncə Azərbaycan avrostrukturlarda iştirakı ilə öz mövqeyini göstərmiş oldu. Bu isə Avropa Birliyində Bakı tərəfindən balansın saxlanılması, mümkün narazılığın alovlanmasının qarşısının alınması addımı kimi dəyərləndiriləcək. Ümumiyyətlə, postsovet məkanındakı ölkələr qonşuları ilə münasibətlərini özləri həll etməli olduğu fikrinə gəlməsələr, vəziyyət pisləşəcək. Əgər onları Brüssel və ya Vaşinqton idarə etməyə başlasa, bu, Brüssel və Vaşinqton üçün sərfəli olacaq. Bu baxımdan yalnız Bakı müstəqil siyasət yürüdür".

Tarix
2015.05.23 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Böyük Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla