Yuxarı

“Putin Bakıya təkcə Oyunlara görə gəlmir...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya prezidentinin Azərbaycana səfəri şübhəsiz ki, təkcə Avropa oyunları ilə bağlı deyil".

Bu barədə Axar.az-a millət vəkili Zahid Oruc açıqlama verib. O, Qarabağ danışıqlarının yenidən fəallaşacağını deyib:

"Azərbaycan-Rusiya münasibətlərinin müxtəlif istiqamətdə inkişafı üçün artıq mühüm baza formalaşdırılıb, siyasi elitalar arasında anlaşma hazırda ən yüksək həddədir. Bu gün parlamentdə Azərbaycan-Rusiya münasibətləri məsələsinə bir daha toxunacam. Riqa sammitində Avropa Birliyinin Qarabağla bağlı planlarını nəinki gördük, Qərb dairələrinin Azərbaycanın ərazi bütövlüyünə baxışının nədən ibarət olduğuna bir daha əmin olduq. Bu, bir çoxlarını narahat etsə də, bu addımın atılması çox yaxşı oldu. Çünki Azərbaycanın problemlərini müəyyən mənada öz əllərinə götürməklə və can yanğısı nümayiş etdirməklə, əksinə, regionda münasibətləri daha da gərginləşdirirlər. Yumşaq desək, AB-nin ərazi bütövlüyümüzə münasibəti öz maraqları çərçivəsindədir. Belə olan təqdirdə Rusiyanın Qarabağla bağlı real addımlar atmaq imkanı var. Son günlər mediada aktiv şəkildə hallandırılır ki, Rusiya Azərbaycan bölgələrinin bir qismini qaytarmaq şərtilə Ermənistanla konsensus tapılması və Qafqazdakı problemlərin birdəfəlik çözümü üçün yollar təklif edə bilər. E.Məmmədyarovun Rusiyaya səfəri və orda yüksək səviyyədə qəbul olunması da buna dəlalət edir".

Z.Orucun sözlərinə görə, Rusiyanın aktiv şəkildə rolu yenidən öz üzərinə götürməsi Qarabağ danışıqlarının yenidən fəallaşacağına işarədir:

"Azərbaycan üçün ən önəmli məsələ mərhələli həll modeli olaraq qalır. Prezident İlham Əliyev də iki gün öncə çıxışında buna bir daha toxundu. Məmmədyarov da bildirdi ki, Ağdam, Qubadlı, Zəngilanın qaytarılacağı təqdirdə yenidən münaqişə ocağı yaranmasın deyə Rusiyanın da bilavasitə bütün mərhələlərdə iştirakı ilə müxtəlif kommunikasiya-dəmiryolu kimi və başqa layihələr həyata keçirilə bilər. Bir şərtlə ki, hərbi eskalasiya aradan qalxsın və tərəflər müxtəlif vasitələrlə bu savaş amilini bir kənara qoysunlar. Hazırda Rusiya-Azərbaycan münasibətlərinin ən yüksək dövrüdür. Bu, Qarabağ üçün real addımlar atmağı zəruri edir. Putinin səfərinin mühüm hissəsi Qarabağla bağlı olacaq. Azərbaycan da bu yöndə addımlar atmaq niyyətindədir. Ancaq Qərbin Rusiyanın Avropasız Qarabağ planına necə yanaşacağı hər birimizə bəllidir. Yəqin ki, bu və digər formada Ermənistanı əleyhimizə qaldıracaq və lobbi mərkəzlərini Azərbaycanı hədəf almaq üçün yönləndirəcəklər".

Tarix
2015.05.30 / 10:01
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla