Yuxarı

İlham Əliyev Polşanın vitse-premyerini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 2-də Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Axar.az xəbər verir ki, dövlət başçısı İlham Əliyev Yanuş Pexoçinskinin Bakıda keçirilən XXII Beynəlxalq Xəzər Neft və Qaz Sərgi və Konfransında iştirakını ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Polşa arasında əməkdaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən energetika, investisiya qoyuluşu, ticarət və digər sahələrdə bundan sonra da fəal şəkildə davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Polşa Respublikası Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski qeyd edib ki, o, ölkəmizə səfərindən və müasir dünyada gedən prosesləri dərindən bilən siyasi xadim - Azərbaycan Prezidenti ilə görüşməkdən məmnunluq duyur. Yanuş Pexoçinski ölkəsinin və özünün Avropa İttifaqında dövlət başçısı tərəfindən irəli sürülən təşəbbüsləri daim dəstəklədiklərini dedi. O, əldə olunan böyük nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi Polşa Hökuməti adından təbrik edib.

Görüşdə Azərbaycan ilə Polşa arasında kənd təsərrüfatı, qida sənayesi, infrastruktur, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2015.06.02 / 16:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı ilə Ankaranın layihələri bu dəhlizdə böyük rol oynayır

COP29 dayanıqlı iqtisadiyyata keçidi sürətləndirəcək

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla