Yuxarı

Bayramov QH üzvləri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov QH üzvləri ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 25-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan Qoşulmama Hərəkatına üzv dövlətlərin BMT yanında daimi nümayəndələri ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Axar.az-a bildiriblər ki, görüşdə Təhlükəsizlik Şurasının gündəliyində olan və Qoşulmama Hərəkatı üçün xüsusi önəm kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər terrorçuluq və yaranmaqda olan çağırış və təhdidlərə qarşı mübarizə, o cümlədən ədalət və beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsi və bu istiqamətdə Qoşulmama Hərəkatının üzv ölkələri arasında birlik və həmrəyliyin nümayiş etdirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin Azərbaycanın Hərəkata uğurlu sədrliyi və ölkə Prezidentinin təşəbbüsü ilə COVID-19 pandemiyasına qarşı mübarizədə irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslərin təqdirəlayiq olduğu ifadə olunub.

Görüş əsnasında, habelə qarşılıqlı maraq doğuran digər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2021.09.25 / 21:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla