Yuxarı

Azad edilən ərazilərimizə qayıdacaq sakinlərə müjdə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azad edilən ərazilərimizə qayıdacaq sakinlərə müjdə

11 oktyabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası və Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.

Axar.az xəbər verir ki, memorandumu Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin sədri Zakir Nuriyev və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıblar.

Əməkdaşlıq Memorandumunun məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığın həyata keçirilməsini, eyni zamanda mümkün olduğu halda bankların xidmət şəbəkəsi, məhsulları və digər resurslarının səfərbər olunması vasitəsi ilə QDF-ə köçürülən ianələrin artımını təşviq etməkdir.

Razılaşmaya əsasən, yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün Memorandumda QDF və ABA-nın üzvləri arasında əməkdaşlıq mühitinin və kommunikasiyasının yaradılması, mövcud işçi qruplarının təlimatlandırılması ilə yanaşı ehtiyac olduğu təqdirdə yeni işçi qruplarının yaradılması, QDF-in işçi qruplarının iclaslarında iştirakının təmin edilməsi, Fond tərəfindən təqdim edilən layihələrin ABA üzvlərinə kommunikasiya edilməsinin təşkili, maliyyələşdirilməsi imkanlarının təhlili və araşdırılması kimi məsələlər öz əksini tapıb.

Bu əməkdaşlıq eyni zamanda işğaldan azad edilən ərazilərə qayıdacaq vətəndaşlarımızın güzəştli bank xidmətləri, eləcə də həmin ərazilərdə fəaliyyət göstərəcək şirkətlərin güzəştli bank xidmətləri ilə təmin edilməsi imkanlarının araşdırılması kimi əhəmiyyətli mövzuları da əhatə edir.

Tərəflər bu əməkdaşlığın işğaldan azad edilən ərazilərin bərpası, yenidənqurulması, sosial-iqtisadi rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdə əhəmiyyətli rol oynayacağını ifadə ediblər.

İndiyə qədər Qarabağ Dirçəliş Fonduna Banklar tərəfindən edilən ianələrin həcmi 2.55 mln. manat təşkil etməkdədir. YAŞAT Fondu ilə ABA arasında anlaşma Memorandumu imzalanmışdır ki, bu da bundan sonra bu dəstək tədbirlərinin davamlı və daha sistemli həyata keçirilməsinə töhfə verir. YAŞAT Fonduna isə ABA üzvləri tərəfindən köçürülən vəsaitin həcmi 2.9 mln. manat təşkil edib.

Tarix
2021.10.13 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

İlham Əliyev Tokayevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla