Yuxarı

Ərdoğan haqlıdır, ancaq imkan verməyəcəklər - Sukhankin

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan haqlıdır, ancaq imkan verməyəcəklər - Sukhankin

Düşünürəm ki, belə bir islahata ehtiyac var. Son otuz ildə dünyada bəzi dərin dəyişikliklər baş verdi və BMT Təhlükəsizlik Şurasının hazırkı tərkibi bu dəyişikliklərin mahiyyətini əks etdirmir.

Bu sözləri Axar.az-a Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin eksperti, Barselona Beynəlxalq Araşdırmalar İnstitutunun üzvü Sergey Sukhankin BMT Təhlükəsizlik Şurasındakı veto hüququna malik dövlətlərin sayının artırılma ehtimalından danışarkən deyib.

Onun sözlərinə görə, BMT-nin indiki vəziyyəti İkinci Dünya müharibəsindən sonrakı dövrə daha çox uyğundur, nəinki XXI əsrə:

“Bəzi güclü, nüfuzlu regional oyunçuların, o cümlədən, Türkiyə, Hindistan və Yaponiyanın (bir neçə başqasının da adını çəkmək olar) kənarda saxlanılması qlobal böhranlar və transmilli problemlərlə effektiv və təsirli üsullarla məşğul olmağa imkan vermir. Türkiyə Prezidenti gizli bir motivi olmuş olsa da, bu məsələdə haqlıdır. Dünyada sürətlə artan islam əhalisi açıq şəkildə BMT Təhlükəsizlik Şurasında təmsil olunmur, bu problem qlobal bir institusional səviyyədə həll edilməlidir. İslam dünyasındakı bu narahatlıq aradan qaldırılmalıdır, ancaq təkcə veto mexanizminin dəyişdirilməsinin ideal bir vasitə olduğuna əmin deyiləm - bu ayrı bir müzakirə mövzusudur”.

Mütəxəssis hansı ölkələrin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri səviyyəsinə yüksəlməli olduğundan da danışıb:

“Türkiyə bu siyahıda olmalıdır, potensial olaraq İran da siyahıya daxil edilə bilər (bu addım müxtəlif səbəblərdən əhəmiyyətli olardı). Siyahıya Hindistan, Yaponiya, Almaniya və Braziliyanı da əlavə etmək olar. Daimi üzv olaraq BMT TŞ-də bir Afrika ölkəsinin (Qara Afrika) təmsil olunması da yaxşı olardı, lakin bütün regional oyunçuların qarşılaşdıqları çətinliklərin sayı və xarakterini nəzərə alarsaq, belə bir seçim masadan kənarda görünür”, – deyə ekspert bildirib.

Mütəxəssis sözügedən dəyişikliklərin yaxın gələcəkdə baş tutacağından əmin olmadığını da vurğulayıb:

“Rusiya da daxil olmaqla, bəzi aktorlar, onlara “dost olmayan” dövlətlərin veto hüququna malik daimi üzvlər sırasına daxil edilməsinə qarşı çox mənfi mövqe tutacaqlar”.

Tarix
2021.10.21 / 11:07
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - Foto

İlham Əliyev Slovakiya Milli Şurasının sədri ilə görüşdü

Əli Əsədovdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Baş nazir Milli Məclisin iclasında iştirak edir

Ərdoğanın Ermənistana Azərbaycan şərti... - Safrastyan

Pezeşkian Azərbaycanla bağlı bu tapşırığı verib...

İranın Afrikadakı casus şəbəkəsi - Çad ifşa etdi

İlham Əliyev və Pelleqrini mətbuata bəyanat verdi

Anara müraciət edən güneyli yazarların sayı 198-ə qalxdı

İlham Əliyev və Pelleqrininin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla