Yuxarı

Erməni nazirdən acı etiraf: “Əhalimiz tükənir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın səhiyyə naziri Armen Muradyan ölkəsinin acınacaqlı demoqrafik statistikası barədə danışıb.

Axar.az xəbər verir ki, Amerika Universitetindəki çıxışı zamanı 1990-cı illə 2014-cü ili müqayisə edən nazir bu illər ərzində əhali artımının iki dəfə aşağı düşdüyünü diqqətə çatdırıb: "Əgər 1990-cı ildə ölkədə 80.022 uşaq doğulmuşdusa, 2014-cü ildə bu rəqəm 43.061-ə bərabər olub. Hətta bu illər ərzində bəzi hallarda bu rəqəm 33 minə qədər enib".

Nazirin sözlərinə görə, əvəzində ölənlərin sayında artım qeydə alınıb: "1999-cu ildə 21.993 ölüm qeydə alınmışdı, 2014-cü ildə 27.714 ölüm faktı var. Bu statistikanın sayəsində Ermənistan əhalisi qocalmaqdadır. Əhalinin 7 faizindən çoxu 65 yaşdan yuxarı olanda dövlət həyəcan təbili çalır. Ermənistanda bu rəqəm artıq 11 faizdir".

Muradyan həmçinin ölkədə onkoloji xəstəlik səbəbindən ölənlərin sayının artdığını bildirib. Onun sözlərinə görə, 2002-ci ildə ölənlərin 16 faizi onkoloji xəstəlikdən əziyyət çəkənlər idisə, hazırda bu rəqəm də 20 faizə qalxıb.

Tarix
2015.08.29 / 21:07
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla