Yuxarı

Həlledici məqam: Moskva Bakıdan güzəşt istəyə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan-Türkiyə-Türkmənistan üçlüyünə mane olmaq istəyənlər dinc oturmayacaqlar.

Bu sözləri Axar.az-a açıqlamasında Xarici İşlər naziri Elmar Məmmədyarovun Türkiyə səfərini və bunun ardınca Lavrovun Bakıya gözlənilən səfərini şərh edərkən politoloq Tofiq Abbasov deyib. O, Azərbaycan, Türkiyə və Türkmənistanın birlikdə yeni enerji-kommunikasiya layihəsini gerçəkləşdirmək üçün böyük imkanlara malik olduğunu bildirib:

"Bunun üçün Trans-Xəzər qaz kəmərinin inşası gələcək baxımından strateji əhəmiyyət daşıyır. Enerji daşıyıcılarının ən böyük istehlak məkanının Avropa olduğunu və bu bazar uğrunda gərgin rəqabəti nəzərə alanda bəlli olur ki, türk üçlüyünə mane olmaq istəyənlər dinc oturmayacaqlar. Buna rəğmən hazırlıq işlərini aparmaq çox vacibdir. İlk növbədə bu üçlük çərçivəsində ahəngdarlıq bərqərar olmalıdır. Yəni siyasi danışıqlar baş tutursa, deməli, böyük layihənin gerçəkləşməsi üçün münbit şərait yaranacaq. Bakı-Ankara-Aşqabad formatı reallıq kimi təşəkkül tapır və üçbucaq çərçivəsində sağlam əməkdaşlıq ruhu artıq bərqərar olmaq üzrədir".

Politoloq Məmmədyarovun Türkiyə səfərinin ardınca Rusiya Xarici İşlər nazirinin Bakıya gözlənilən səfərinə də aydınlıq gətirib:

"Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq müstəvisində çoxsaylı məsələlər var və vaxtaşırı onların müzakirəsi ilə həll yollarının tapılması zərurəti yaranır. Lakin Moskvanın Trans-Xəzər layihəsi ilə əlaqəli Bakıdan güzəşt istəyəcəyini istisna etmək olmaz. Çünki Rusiyanın indi Türkiyə ilə qaz anlaşması problemində həlledici məqam bərqərar olur. Əgər tərəflər 10,25 faiz civarında güzəştlə bağlı konsensus tapmasalar, onda daha bir gərginlik tendensiyası yaranacaq. İntriqa ondadır ki, Rusiya nəyin bahasına olursa-olsun, Avropa bazarında öz monopoliyasını əldən vermək istəmir. Ona görə də Kreml çalışacaq ki, Ankara ilə razılığa gəlsin. Ola bilsin ki, hətta razılıq əldə edilsin və bundan sonra da bir müəmmalı məqam qalacaq.

"Türk axını" layihəsini həyata keçirməkdən ötrü 13 milyard dollara qədər investisiya lazım gələcək. Hələ bəlli deyil ki, bu məbləği hansı tərəflər birgə formalaşdıracaqlar və investorlar arasında rollar necə paylanacaq. Odur ki, qaz bazarında gərginlik artmaqda davam edir və buna görə də Azərbaycan çevik oyunçu kimi bütün konyuktura dəyişikliklərinə hazır olmalıdır. Bunun üçün isə mövcud və potensial tərəfdaşlarla birgə səyləri davam etdirmək mühüm məsələyə çevrilir".

Qeyd edək ki, avqustun 28-də Türkiyə, Azərbaycan və Türkmənistan Xarici İşlər nazirlərinin Antalyada üçtərəfli görüşü keçirilib. Sentyabrın 1-də isə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfəri gözlənilir.

Tarix
2015.08.30 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla