Yuxarı

Samir Şərifov Ankarada

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə naziri Samir Şərifov bu gün Ankarada G-20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iclasında iştirak edəcək.

Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib. Məlumatda bildirilib ki, iclas iki gün davam edəcək.

G-20 ölkələri rəhbərlərinin noyabrda Antalyada keçiriləcək toplantısına hazırlıq məqsədi daşıyan iclasda maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Türkiyənin G-20 qrupuna sədrliyi dövründə müəyyən etdiyi prioritetlərə uyğun olaraq qlobal iqtisadiyyat, dayanıqlı və tarazlaşdırılmış inkişaf strategiyaları, investisiya və infrastruktur, beynəlxalq maliyyə arxitekturası, maliyyə bazarlarının tənzimlənməsi, beynəlxalq vergi və digər məsələlərlə bağlı müzakirələr aparacaq.

Qeyd edək ki, Azərbaycan G-20-nin builki ev sahibi Türkiyə tərəfindən dəvətli ölkə qismində toplantılarda iştirak edir.

Tarix
2015.09.04 / 13:53
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla