Yuxarı

DTX, GK ləğv edildi: Naxçıvanda nə baş verir? – İsti şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası və oradakı səlahiyyətli nümayəndələr mərkəzi hakimiyyətin tabeliyindən, demək olar ki, tamamilə çıxmışdı. Özbaşınalıq, korrupsiya, rüşvətxorluq, əhalinin yoxsul təbəqələrinə qayğısızlıq elə həddə çatmışdı ki, bu, sözün əsl mənasında təəccüb doğururdu.

Bu sözləri Axar.az-a açıqlamasında DTX-nin Naxçıvanda keçirdiyi əməliyyatı və Naxçıvan DTX-sının ardınca Gömrük Komitəsinin də ləğv edilərək, Baş İdarə yaradılması haqda danışan politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Naxçıvanda bəziləri Azərbaycanın unitar dövlət olduğunu sanki yaddan çıxarmışdı:

“Həmin şəxslər Naxçıvanda köhnə feodal-patriarxat cəmiyyətin qaydalarına uyğun idarəçilik sistemi formalaşdıraraq, bütün idarəetmə strukturlarını Bakının tabeçiliyindən çıxarmışdı. Nəticədə, buradakı idarəetmə orqanları səmərəsizləşmiş, səriştəsiz kadrlarla doldurulmuş, korrupsiya və rüşvət yuvasına çevrilmişdi.

Bütün bu proseslər Azərbaycan dövlətçiliyinin imicinə ciddi xələl gətirməklə bərabər, büdcədən oğurlanan yüzmilyonlarla vəsaitin bir qrupun cibinə axmasına səbəb olurdu”.

Politoloq bildirib ki, Naxçıvanda bu problemlər çoxdan mövcud idi, sadəcə, Qarabağ münaqişəsinin mövcud olduğu bir məqamda bu problemlərin radikal həlli siyasi tələskənlik olardı:

“Əlbəttə ki, Qarabağ münaqişəsini həll edən Azərbaycan Naxçıvanda bu cür özbaşınalığın da aradan qaldırılması zamanının çatdığını elan etdi”.

Politoloq bildirib ki, Naxçıvandakı “muxtar qurumların” baş idarəyə çevrilməsi və mərkəzə tabe etdirilməsi olduqca müsbət haldır:

“Azərbaycan unitar dövlətdir, Naxçıvan MR-dakı bəzi nazirlik və komitələr büdcəyə əlavə yük olmaqla bərabər, bu unitarlığa da kölgə salır. Hesab edirəm ki, Naxçıvanın muxtar respublika status da özünü doğrultmur, bundan sonrakı proseslər AR Konstitusiyası çərçivəsində tənzimlənməli, bölgənin idarəedici strukturlarına yüksək ali təhsilli kadrlar cəlb edilməlidir”.

Tarix
2022.11.28 / 15:43
Müəllif
Sayalı Abasova
Şərhlər
Digər xəbərlər

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

İrəvan delimitasiya zonasına 3 rayondan polis göndərdi

Bakı “Ukrayna forumu”na qatılır: Kremlin reaksiyası…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla