Yuxarı

Fəzail Ağamalı söz verdi – Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fəzail Ağamalı söz verdi – Foto

Oktyabrın 27-də 60 saylı Salyan-Neftçala Seçki Dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Fəzail Ağamalı Neftçala rayonunun Qaraqaşlı, Cəngən, Beşdəli, Şorkənd kəndlərinin seçiciləri ilə görüş keçirib.

Axar.az xəbər verir ki, çoxsaylı seçicinin iştirakı ilə keçirilən görüşü Fəzail Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfət Bədəlov açaraq, seçicilərə namizədin fəaliyyəti barədə məlumat verib.

Görüşdə vurğulanıb ki, Fəzail Ağamalı Milli Məclisin deputatı kimi işlədiyi müddət ərzində qanunvericilik aktlarının qəbulunda hər zaman öz fəallığı ilə seçilib, eyni zamanda, seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyib.

Kənd ağsaqqallarından Rəhim Həsənov, İlham Əsədli, kənd ziyalısı Şərəbanı Ağalarova çıxış edərərək, Cəngən kəndində qaz təminatı, idman meydançasının salınması, yol probleminin həlli, mövcud olan orta məktəblərin təmiri ilə bağlı məsələ qaldırıblar.

Görüş iştirakçıları bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və F.Ağamalıya səs verməyə çağırıblar.

Görüşdə iştirak edən Cəngən kənd sakini, 7 yaşlı məktəbli Fəxrəddin Əhmədov da Fəzail Ağamalıya arzu və istəklərini çatdırıb.

Fəzail Ağamalı noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə qələbə əldə edərsə, qaldırılan problemlərin həllinə nail olmaq üçün bütün imkanlarından istifadə edəcəyinə söz verib.

Görüşdə F.Ağamalının vəkili Xidmət Orucov da iştirak edib.

Ana Vətən Partiyasının Mətbuat Xidməti

Tarix
2015.10.27 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla