Yuxarı

Qadın jurnalistlər Azay Quliyevin qərargahında - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadın jurnalistlər Azay Quliyevin qərargahında - Foto

Bir qrup tanınmış qadın jurnalist millət vəkili, 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyevin seçki qərargahında olublar.

Axar.az xəbər verir ki, jurnalistlər seçki gününə yaxın qərargahdakı aktiv iş prosesini izləyiblər.

Daha sonra Azay Quliyevlə görüşdə iştirak edən jurnalistlər adından Sevil Yusifova danışıb, deputatlığa namizədin seçki kampaniyasını yaxından izlədiklərini bildirib:

"Deyə bilərəm ki, mükəmməl bir kampaniya apardınız. İstifadə etdiyiniz ənənəvi seçki texnologiyaları və yeniliklər bir-birini tamamlayır. Bu baxımdan, Azay Quliyevin özünün bir millət vəkili kimi ictmai nüfuzu, həmçinin, aparılmış effektiv təbliğat kampaniyası onun seçkidə şəksiz qələbəsini təmin edəcək. Bu görüşdə iştirak edənlər də 8-ci dairənin seçicisi olanlar Azay Quliyevə səs verəcək. Burada iştirak edən və etməyən çoxsaylı jurnalist həmkarlarımızın ümumi istəyi ondan ibarətdir ki, siz yenidən Milli Məclisə üzv seçiləsiniz".

Görüşdə iştirak edən Zərnişan Turan, Zərifə Bəşirqızı, Ülviyyə Abdullayeva, Nigar İsfəndiyar, İradə Əlili, Gülnar Məmmədli, Fatimə Hacıbəyli, Fərqanə Allahverdiqızı, Sevda Əsgərova, Şəfiqə Şəfa Azay Quliyevə seçkilərdə uğurlar arzulayıblar və təkrar deputat seçildikdən sonra ictimaiyyəti və xüsusilə qadınları maraqlandıran bir sıra vacib məsələləri diqqətdə saxlamağı millət vəkilindən xahiş ediblər.

Tanınmış xanım jurnalistlərin seçki qərargahını ziyarət etməsindən məmnunluğunu bildirən Azay Quliyev onlara xoş sözlər və maraqlı təkliflər üçün təşəkkür edib:

"Siz yazarlar prosesləri daha diqqətlə izləyirsiniz. Obyektiv müqayisə imkanınız olur. Bu mənada, bizim kampaniyamıza verdiyiniz qiymət və xüsusilə, dəstəyiniz bizim üçün çox önəmlidir".

Sonda jurnalistlər Azay Quliyevlə xatirə şəkili çəkdiriblər və ona seçkidə qələbə arzulayıblar.

Tarix
2015.10.29 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla