Yuxarı

Aydın Əliyev yeni səfirlə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İsveçrə Konfederasiyasının Azərbaycana yeni təyin olunan səfiri Filip Stalderi qəbul edib.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, komitə sədri Aydın Əliyev Azərbaycanla İsveçrə arasında təşəkkül tapmış qarşılıqlı, faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu ifadə edib, əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.

DGK sədri Aydın Əliyev iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan razılıqla söhbət açmış, xüsusilə bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildiib, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Azərbaycan Gömrük Xidməti və İsveçrə Federal Gömrük İdarəsi arasında ötən il imzalanan Gömrük işi sahəsində əməkdaşlıq üzrə Protokolun müddəalarına uyğun olaraq isveçrəli mütəxəssislərin iştirakı ilə keçirilmiş təlimləri müsbət qiymətləndirən DGK sədri qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Stalder respublikamızda səfir kimi fəaliyyətindən məmnunluğunu ifadə edib, Azərbaycan haqqında böyük təəssüratlar əldə etdiyini söyləyərək, həqiqətən ölkəmizdə hərtərəfli inkişafın şahidi olduğunu diqqətə çatdırıb.

Ölkələrimiz arasında iqtisadi, siyasi, mədəni əlaqələrin hazırkı durumunu yüksək qiymətləndirən səfir F.Stalder ölkəsinin bütün sahələrdə, o cümlədən gömrük sferasında Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Bakı şəhərində yerləşən Avropa Regional Ofisinə isveçrəli mütəxəssis-Roger Hermanın rəhbərlik etməsini böyük məmnunluq hissi ilə dilə gətirən isveçrəli diplomat iki ölkənin uyğun qurumları arasında əlaqələrin gələcək perspektivlərindən də bəhs edib.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
2015.11.06 / 16:20
Müəllif
Günay Ali
Şərhlər
Digər xəbərlər

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

Baş Prokurorluq Petrosyana cinayət işi aça bilər?

Bakı dəvət edildi, İrəvan yox - Açıqlama

Ceyhun Bayramov Qambiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla