Yuxarı

YAP öz gəlirlərini açıqladı - 7 milyon

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 23-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib.

İclasda partiyanın İdarə Heyətinin 2013-cü ilə dair illik hesabatı, partiyanın tərkibi, Qadınlar Şurası və Gənclər Birliyinin tərkibi haqqında 2013-cü ilə dair illik statistik hesabat, partiyanın 2013-cü il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2014-cü ilin birinci yarımilliyinə dair iş planı müzakirə edilib.

Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun sədrliyi ilə keçirilən iclasda bildirilib ki, hesabat dövründə YAP sıralarına 31 min 600 nəfərdən çox yeni üzv qəbul olunub, beləliklə, partiya üzvlərinin sayı 620 min nəfəri keçib.

İclasda bildirilib ki, 2013-cü ildə YAP-ın gəlirləri 7 milyon 16 min 790 manat olub. Bunun 5 milyon 720 min 849 manatını üzvlük haqlarından, 29 min 306 manatını partiya vəsiqələrinin haqlarının ödənilməsindən, 121 min 510 manatını depozitdən əldə olunan daxilolmalar, 1 milyon 145 min 125 manatını büdcədən ayrılan vəsait təşkil edib.

Ötən il bu vəsaitin 6 milyon 248 min 650 manatı xərclənib. İclasda vəsaitin xərcləndiyi istiqamətlər açıqlanıb. Bildirilib ki, hesabat ilinin sonuna toplanan vəsaitin 768 min 140 manatı partiyanın və yerli təşkilatlarının hesabında qalıb.

İdarə Heyətinin iclasının gündəliyində duran məsələlər müzakirə olunduqdan sonra YAP İdarə Heyətinin 2013-cü ilə dair hesabatı, illik statistik hesabat, partiyanın maliyyə hesabatı və İdarə Heyətinin 2014-cü ilin birinci yarımilliyinə dair planı qəbul edilib. ("Qafqaz.info")

Tarix
2014.01.23 / 20:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qələbənin 79-cu ildönümüdür

Azərbaycanla 120 maddəlik plan qəbul edildi - Yılmaz

PA rəsmisi Neto ilə görüşdü: Nələr müzakirə edildi?

Azərbaycanda bunu görmək ürəkaçandır - Bin Nun

Ərdoğan: Bakı ilə birgə buna imkan verməyəcəyik!

AB-nin daha bir ölkəsi Qarabağın bərpasına qoşuldu

Bakı ilə bu üstünlüklərdən istifadə etməyə çalışırıq

Qarabağda neçə türk şirkəti var?

HDQ-nin hərbi hissəsinin yaranması günü - Video

Bakı ilə sülh qısa zamanda imzalanmalıdır - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla