Yuxarı

Azərbaycanlı milyarder həbs edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Moskvanın Presnensk Rayon Məhkəməsi biznesmen Roman Manaşirovun iki ay həbs olunması barədə qərar verib.

ANS PRESS-in məlumatına görə, Manaşirov 2 milyon rubl (32 min 600 manat) rüşvətin verilməsində vasitəçilikdə ittiham olunur.

İstintaqın versiyasına görə, Manaşirov öz biznesmen həmkarı Januko Rafailovun rüşvətini Moskva Daxili İşlər Nazirliyinin müstəntiqləri Viktor Rubaşkin və Vladimir Andrievskiyə verməkdə vasitəçilik edib. İstintaqda olduğu son iki gün ərzində Manaşirov bir neçə dəfə səhhətinin pis olduğunu bildirərək sağlamlıq vəziyyətinə görə sərbəst buraxılmasını tələb edirdi.

"Manaşirov və onun nümayəndələri biznesmenin ürəyində yaranmış problemlərə görə dəfələrlə təcili yardım çağırıb. Vəkillər biznesmenin səhhətində yaranmış problemlərə görə onun azad edilməsini xahiş ediblər", - deyə hüquq-mühafizə orqanlarında olan mənbə bildirib.

Manaşirovu həbsdən xilas etməyə Dövlət dumasının deputatı İldar Samievin zəmanəti də kömək olmayıb. Parlament üzvü şəxsən İstintaq Komitəsinin binasına gedərək, müstəntiqlərə öz çoxdankı dostunu buraxmağı xahiş edib.

Rafailov haqqında "cinayətkar cəmiyyətin təşkilı" maddəsi ilə cinayət işi qaldırılıb. Onun firmasında yüzlərlə qeyri-leqal miqrant çalışıb. Bundan başqa Rafailovu müstəntiqlər qaçmış oliqarx Telman İsmayılovun ən yaxın köməkçisi kimi xatırlayırlar. İki milyon rublun verilməsi vaxtı Andrievskiy, Rubaşkin və Manaşirov saxlanılıb. Podpolkovnik Vladimir Andrievsk İK binasında dindirilmə zamanı qaçıb, amma onun həmkarı noyabrın 21-də həbs edilib.

Manaşirov 1969-cu il mayın 10-da Bakıda dağ yəhudilərinin ailəsində doğulub. Uşaqlıq və gəncliyinin çox hissəsini Manaşirov Quba rayonunun Qırmızı qəsəbəsində keçirib. 1986-cı ildə məktəbi bitirdikdən sonra Roman hüquqi təhsil almaq məqsədi ilə Moskvaya köçüb. O, Rusiya paytaxtının ən böyük sahibkarlarından sayılır, paytaxtda böyük inşaat biznesinə malikdir. "Praqa pasajı" TRÇ, "Armada" MTK, Qrand Siti ticarət-sərgisi kompleksləri və başqa obyektlərin şərikidir. Bəzi mənbələr Manaşirovun kapitalını 700 milyon dollar civarında qiymətləndirir.

Tarix
2015.11.24 / 00:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makron bundan zəif görünə bilməzdi - Britaniya mediası

Kirantsda Azərbaycan sərhədinin keçdiyi yer - Video

Latviya parlamentinin sədri Bakıya gəldi

İslamzadənin təyinatının səbəbi: Bu proses tamamlandı

Hacıyev Sülh İnstitutunda ABŞ-la tərəfdaşlığıı müzakirə etdi

Zakir Həsənov polkovniki işdən çıxartdı

Zəngilanın yol-kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Prezident və xanımı Zəngilan məscidinin açılışında

Onlar İsa Qəmbərin müavini oldu, Arif Hacılı isə...

Makron yubiley keçirir, Rusiyanı dəvət etdi - ABŞ şokda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla