Yuxarı

İsrailin gücü İran ordusunda qorxu yaradır - Ərdəbilli

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrailin gücü İran ordusunda qorxu yaradır - Ərdəbilli

İsrailin güclü dövlət olmağı dünyada və İranda qəbul edilən faktdır. Rejimin apardığı antiisrail təbliğatı ölkədə əks nəticə verib. Əgər İsrailin yeri dünyada 7-ci yerdədirsə, İran 15-də olar. Bu, dövlət tərəfindən aparılan təbliğatın nəticəsidir.

Bu sözləri Axar.az-a güneyli jurnalist və siyasi şərhçi Əlirza Ərdəbilli deyib.

O, İsrailin güclü dövlət imicinin İran hərbi qüvvələri üzərindəki psixoloji təsirindən danışıb:

“İranın orta təbəqəsində İsrailə etimad, gənc əsgərlərdə isə qorxu var. Çünki rejim İsraili güclü dövlət kimi təbliğ edir. Bu da döyüşçülərdə ruh düşkünlüyü və qorxu yaradır. İranın ən böyük zindanlarında İsrailə çalışan xeyli sayda cəsus var. Bunu həbsxanadan çıxan siyasi məhbuslarımız da təsdiq edir ki, həbsxanalar xarici ölkə kəşfiyyatlarına işləyən insanlarla doludur. Çoxu heç bilmir İsrailə nə üçün işləyir. Sadəcə, İsraili super güc kimi qəbul edir”.

Siyasi şərhçi mövcud rejimin devriləcəyi halda İsrail ilə isti münasibətlərin qurulacağını istisna etməyib:

“İran toplumunda belə bir anlayış var: rejim nəyi müsbət qarşılasa, deməli, o pisdir. Yaxud da əksinə. İran islam dövlətinin bünövrəsini antiisrail, antbəhai və antiqadın fikirlər təşkil edir. Rejimin qarşı olduğu bu üç məsələyə xalqın rəğbəti var. İranda rejim gedən kimi, ən yaxın münasibət elə İsraillə qurulacaq”.

Qeyd edək ki, SEPAH generallarının məxfi toplantısı ilə bağlı hakerlərin ələ keçirdiyi materialda general Rəhim Ağdam Qolan yaxınlığındakı İran qüvvələrinin İsrailin sərhəd bölgələrində bir çox problemlərlə üzləşdiyini etiraf edib. O, İran qüvvələrinin İsrail sərhədlərində qalmaq istəmədiyini, orduda ruh düşkünlüyü və ciddi yorğunluq yarandığını, maddi maraq qarşılığında məlumatların satıldığını bildirib.

Tarix
2023.03.29 / 09:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Bayramov Şeyx Əhmədlə Bakı sammitini müzakirə etdi

Ramil Həsən Baxçalı ilə görüşdü: mühüm müzakirə... - Foto

İlham Əliyev Nuveysi qəbul etdi

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla