Yuxarı

SEPAH-ın məxfi toplantısı: Ordu İsrail sərhədindən qaçır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri məxfi iclas keçirərək, İranda aylarla davam edən etiraz aksiyalarını müzakirə edib. Görüşdə dini rəhbər Əli Xamenei də iştirak edib.

Protokol 40 səhifədən ibarətdir. Əsas məruzəçilər SEPAH-ın yüksək rütbəli genaralları və SEPAH-da fəaliyyət göstərən ideoloji kadrlardan ibarət yüksək səviyyəli din xadimləridir.

“Tam məxfi arxiv” sənədi olan bu görüşün protokolunun surəti hakerlər tərəfindən ələ keçirilib və yayılıb.

Axar.az olduqca önəmli bu protokolun dərcinə davam edir:

Ali Baş Komandanlıq Aparatına

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin görüşlərinin arxivinə

10/13/1401 (hicri, miladi 3 yanvar 2023-cü il)

Təsnifat: (hərbi) məxfi, arxiv sənədi

İclasın mövzusu: İnqilab Keşikçiləri Korpusunun komandirlərinin çıxışlarının xülasəsi

Əvvəli BURADA

Briqada generalı Rəhim Ağdam:

- İslamın böyük əsgəri Hacı Qasım Süleymaninin rəhmətə getməsi ilə bağlı Ali rəhbərə bir daha başsağlığı verərək, Suriyadakı İran İslam Respublikasının komandanlığı altında olan qüvvələr haqqında hesabatları təqdim edirəm. Qüds qüvvələrinin əksər mövqelərində həm İsrailin sərhəd bölgələri, həm də Qolan yaxınlığındakı İran qüvvələri bir çox problemlərlə üzləşib.

Bir tərəfdən İsrailin bu əraziləri fasiləsiz havadan bombardman etməsi, digər tərəfdən də İranın bu bölgədəki müttəfiq qüvvələrinə təchizat çatdırılmaması, eləcə də İran qüvvələrinin ideoloji və ailə problemləri bu ərazilərdə bəzi əməliyyat və kəşfiyyat imkanlarının zəifləməsinə səbəb olub. Bu arada İsrail qüvvələrinin əməliyyat planları, hazırlıqların, əməliyyat tələləri və əməliyyatların məlumat və kodlarını əldə etməsi bu bölgələrdə gücümüzün azalmasına gətirib çıxarıb.

İsrail qüvvələrinin son beş əməliyyatda qabaqlayıcı tədbirləri bizə göstərdi ki, qüvvələrimizdə ruh düşkünlüyü mövcuddur. Onlar İsrail sərhədlərində qalmaq istəmir. Bu isə onları ağlasığmaz yollara sövq edir. Maddi maraq qarşılığında məlumatlar satırlar. Gündəlik və həftəlik müharibələrdə iştirak etməyə istəksizdirlər. Onlarda həm də ciddi yorğunluq müşahidə olunur.

Bundan başqa, ölkənin indiki durumunu dərk etməmək və iğtişaşlarla bağlı məsələlər qüvvələr arasında ziddiyyətlərə səbəb olub. Sərdar Qaaniyə (Qüds qüvvələrinin komandanı – red.) də bu barədə bildirilib, mənim əmrimdə olan qüvvələr, eləcə də Qüds qüvvələrinin digər hissələrinin şəxsi heyətinin aldığı maaş onların ölkə daxilində olan ailələrinin xərclərini təmin etmir. Bu səbəbdən və təhlükənin yüksək səviyyədə olduğundan onlar daha çox ölkə daxilində işləmək istəyirlər.

Hər gün artan iqtisadi və ideoloji problemlər son üç ildə İŞİD-in qalıqları ilə yüngül silahlarla üzbəüz döyüşən qüvvələrin itirilməsinə gətirib çıxarır. Hərbi qüvvələrdə tükənmə (ruh düşkünlüyü) ciddi və təhlükəli məsələdir. Biz xaricdə illərlə peşəkar komandirlərin səyi ilə əldə etdiyimiz məntəqələri itirsək, İslam Respublikasının müqəddəs quruluşuna təhlükə yarana bilər.

İkinci briqadir Hüseyn Hikmətian Raz:

- Hörmətli SEPAH komandirləri bilirlər ki, son aylarda antiinqilabçı və sərhəd terror qruplarının hərtərəfli hücumu onqat artıb. Son aylarda şərq və qərb bölgələrində çevik reaksiya, əməliyyat və döyüş birləşmələri terrorçulara və təkfirçilərə qarşı silahlı mübarizə ilə məşğuldur. İsrail, Amerika və İngiltərənin silah və sursat dəstəyi ilə sərhədlər arxasında hər gün ölkənin təhlükəsizliyinə qarşı hücumlar və təxribat xarakterli hərəkətlər artır.

Eyni zamanda bu şəxslər ölkənin hər yerində mütəşəkkil terror fəaliyyətləri həyata keçirir. Ölkənin vilayətlərinin küçələrində qüvvələri var. Təhlükəsizlik qüvvələrində olan qardaşlar onları vaxtında aşkar edərək onların əməliyyatlarını həyata keçirməyə mane olurlar.

Briqadaların, bölmələrin və döyüş qoşunlarının problemləri küçə iğtişaşlarına qarşı qüvvə təmin edə bilməməsidir. Hər gün əksinqilabla üzləşməyə hazır olan 48-ci briqadanın qüvvələri küçələrə çıxıb xalq etirazlarını yatırtmağı istəmirlər.

Onlar bacardıqları halda belə iğtişaşlarla məşğul olmur və xalqın qarşısında dayanmırlar. Bəzi hallarda bu qüvvələr xalq üsyanlarının yatırılmasına göndərildiyi zaman getdiyi yerlərin və yolların informasiyasını etirazçılara sızdırırlar. Bunun nəticəısində yollarda bu qüvvələrin konvoyunun həkətinə maneələr yaradılır.

48-ci briqadanın qüvvələri xalq və etniklərdən ibarət hərbiçilərdi. Bu insanlar daha çox əşirət kimi həyat tərzi sürən lor və türk tayfalarından olan qüvvələrdir.

Tayfaların ağsaqqalları hələ də həmin tayfaların başçılarıdır. Gənclər isə ağsaqqallarının fikrinə hörmətlə yanaşaraq, hərbi komandirə qarşı üsyan etməyə hazırdılar. Kəşfiyyat orqanları tərəfindən 48-ci briqadaya göndərilən məxfi məlumatda bildirilir ki, tayfaların məclislərində xalq etirazları zamanı hakimiyyətin yanında olmamaq barədə qərarlar alınıb. Bu briqadada olan qüvvələr vətənin sərhədlərini qorumaqda canlarından keçər, lakin hakimiyyətə qarşı etirazlarda xalqın tərəfində dayanırlar. Bu qüvvələr əsasən yoxsul və orta təbəqə ailələrin övladlarıdır. Aralarında savadlı olanları çox azdır, əsasən orta məktəbi bitirən və ya yarımçıq qoyan insanlardan ibarətdirlər. Bu səbəbdən fikir və düşüncə bazasına malik deyillər.

Bu qüvvələr xalqla üz-üzə qalmayana qədər əmrlərə tam itaət edirlər.

Bəzi hallarda bu qüvvə İŞİD-ə qarşı mübarizədə iştirak edib və göndərilən qüvvələr ölkəyə yüksək qəhrəmanlıqla qayıdıblar. Onlar arasında çox sayda qazilər var, lakin onlar hələ də briqadanın tərkibindədirlər və böyük canfişanlıqlar edirlər.

Ardı BURADA

Tarix
2023.03.28 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla