Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 İyun 2018


Zakir Həsənov özbək generalla görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 27-də Azərbaycan Müdafiə Nazirliyində Özbəkistan müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Şavkat Normatovun rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib.

"Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, əvvəlcə Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Ş.Normatovu qəbul edib.

Hər iki dövlətin Müdafiə nazirliklərinin nümayəndələrinin geniş tərkibdə keçirilən görüşündə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Sonra Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Ş.Normatovu qəbul edib.

Müdafiə naziri qonağı salamlayaraq, iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov Ermənistanla Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.

Müdafiə naziri bildirib ki, eyni zamanda, işğal altında qalan torpaqlarımızın düşməndən azad edilməsi yolunda, xalqımızın dəstəyi və qayğısı ilə qoşunların döyüşə hazırlığı və şəxsi heyətin döyüş əzmi yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti Vətən uğrunda düşmənlə döyüşə atılmağa hər an hazırdır.

Ş.Normatov da öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm tarixi bazaya və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını, Özbəkistanla Azərbaycanın vacib tərəfdaş olduğunu qeyd edib.

Sonra Azərbaycan-Özbəkistan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik N.Sadıkov, Özbəkistan Müdafiə Nazirliyinin Silahlanma Baş İdarəsinin rəisi polkovnik Atabek İbadullayev və Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev də iştirak ediblər.

Tarix
2014.01.27 / 19:32
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Hazırkı nəticələrlə partiyaların neçə millət vəkili var? - Siyahı

Səslərin 98%-i sayıldı: kim liderlik edir? - Nəticələr

İlham Əliyevdən Ərdoğana məktub

Ərdoğanın seçkidən sonra ilk çıxışı - Video

Baxçalıdan Ərdoğana telefon zəngi

Türk PA Türkiyədə seçkiləri izlədi

Baxçalı proqnozları alt-üst etdi

İlham Əliyevdən Ərdoğana təcili zəng

Qərbin Türkiyə planı: Ya Ərdoğan getməlidir, ya da...

Paşinyan İrana niyə gedir? – Tehrandan yeni xahiş...

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla