Yuxarı

Həzi Aslanovun xatirəsi yad edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 106 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

Axar.az Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, yanvarın 22-də Müdafiə Naziriliyinin xüsusi təyinatlı təhsil müəssisələrində qəhrəmanın xatirəsinin anma mərasimi keçirilib.

Cəsur sərkərdə Həzi Aslanovun abidəsi önünə gül dəstələri qoyulub, generalın xatirəsi hörmət və ehtiramla yad edilib.

Tədbir açıq elan edildikdən sonra ulu öndər Heydər Əliyevin, görkəmli hərb xadimi Həzi Aslanovun, Vətənin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edlib, dövlət himni səsləndirilib.

Anma mərasimində bir daha xatırlandı ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar verib. Bu ənənə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən davam etdirilir.

Sonda hərbi təhsil ocaqlarının zabit, müəllim və kursant heyəti Həzi Aslanovun həyat və döyüş yolundan bəhs edən "Mən sizi dünyalar qədər sevirdim" bədii filminə tamaşa ediblər.

Tarix
2016.01.22 / 21:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla