Axar.az
Yuxarı

Prezident: "Məmurlar hesab etməməlidirlər ki..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il bütün sosial proqramlar icra olunacaq.

Axar.az xəbər verir ki, bunu bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Prezident bildirib ki, Azərbaycanda bazar iqtisadiyyatı uğurla inkişaf edir, ancaq islahatlar aparılan zaman sosial məsələlər yaddan çıxmamalıdır:

"Biz Azərbaycan xalqı üçün çalışırıq və iqtisadi inkişaf da bu məqsədə xidmət etməlidir. Azərbaycanda güclü sosial siyasət aparılır və aparılacaq. Bu il regionlarda nəzərdə tutulan infrastruktur layihələrin davam etdirilməli olduğunu deyən İlham Əliyev bildirib ki, xüsusən kənd yollarının çəkilişi diqqət mərkəzində olmalıdır.

Biz bu işləri görməsəydik, idxaldan daha da asılı olacaqdıq. Biz 2016-cı ildə infrastruktur və biznes layihələrini icra etməklə ölkəmizə daha böyük dinamizm verə bilərik. "Biz sement istehsalı sahəsində özümüzü 92 faiz təmin edirik, qatqı və qablaşdırma ilə bağlı istehsalda 10 faiz asılılıq var. O asılılığı da aradan qaldırmalı və sementi ixrac etməliyik. Polietilen borulara tələbin 60 faizini özümüz təmin edirik. Əhənglə özümüzü tam təmin etmirik, 50 faiz təmin edirik. Yerli istehsalda 13 faiz xaricdən asılılıq var.

Yerli istehsalla bağlı xarici faktorlardan asılılıqda qablaşdırma var, deməli, qablaşdırma müəssisələri tikilməlidir. Elektrotexniki avadanlıqlarla 62 faiz, kərpic istehsalında 99 faiz özümüzü təmin edirik. Beton konstruksiyalarla özümüzü tam təmin edirik. İlk növbədə özümüzü təmin etməli, ixracı artırmalıyıq. Belə olan halda istehsal qiymətlərində neftin qiymətinin düşüb-qalxmasının heç bir təsiri olmayacaq".

İlham Əliyev öz vəzifələrini yerinə yetirə bilməyən yüksək vəzifəli şəxslərin cəzalanacaqlırını xüsusi vurğulayıb:

"Korrupsiyaya qarşı cəza tədbirləri tətbiq olunur və olunacaq. "ASAN xidmət" mərkəzləri 7 milyondan çox insana xidmət göstərib, burada rüşvət yoxdur. Əgər yüksək vəzifəli şəxslər öz vəzifələrini yerinə yetirə bilmirlərsə, onlar cəzalandırılacaqlar. Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Yerlərdə icra orqanları bu il əsasən iş yerlərinin yaradılması ilə məşğul olmalıdır. Hər bir məmur, o cümlədən prezident xalqın xidmətçisidir. Dövlət məmurları və ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Dövlət məmurları hesab etməməlidirlər ki, xüsusi statusları var. İnsanlara diqqət və qayğı göstərməli, problemlərini həll etməlidirlər. Məmurların fəaliyyətinə qiymətdə bu, əsas rol oynayacaq".

Azərbaycan prezidenti deyib ki, Naxçıvanda avtomobil zavodu var: "Dövlət məmurlarının bu avtomobilləri daha çox almalarını tövsiyə edirəm".

Prezident İlham Əliyev sahibkarlara qarşı süni maneələrin yaradılmasını yolverilməz hesab edir: "Sahibkarlar şəffaf fəaliyyət göstərməlidirlər. Biz elə işləməliyik ki, sanki neft-qaz resursları yoxdur. Biz indi post-neft dövründə yaşayırıq. Ona görə də qeyri-neft sektorunun inkişafı, ixracdan asılılığın azaldılması dayanıqlı inkişafımızı təmin edəcək".

Tarix
2016.01.26 / 13:23
Müəllif
Axar.az
Şərhlər
Memorial Zefer
Digər xəbərlər

Şarl Mişel Bakı-İrəvan görüşündən yazdı

Nazir Zaur Yaqubova yüksək vəzifə verdi

Dünyada bir ilk: Azərbaycanda ixtira olundu - Foto

Prezident Cavid Qurbanova yeni vəzifə verdi

Prezident iki nazir müavini təyin etdi

Cavid Qurbanov işdən çıxarıldı - Sərəncam

Xəzər dənizi ilə bağlı Tehranda iclas keçirildi

Batyadan Əliyevə: Qardaş Azərbaycan...

Kiyev təhlükəsizlik zəmanətləri üçün qrup yaradır

İlham Əliyev Bağdad Amreyevlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla